Dəvətçi: «Çox şad olaram, buyurun».
Hafiz: «Siz söhbətlərinizdə daima «biz İmamlar haqqında Ğuluv etmirik»
deyirsiniz, ğulatı məlun, mərdul və Cəhənnəm əhli bilirsiniz. Amma bu iki gecədə
dəfələrlə imamlar haqqında sizdən bəzi sözlər duyulur. Bəyan etdiyinizə görə,
onlar bu cür sözlərə razı deyildilər. Mümkünsə, siz də danışıqlarınızda qınanmağa
yol açacaq sözlər söyləməməniz üçün diqqətli olun».
Dəvətçi: «Mən təəssübkeş və cahil bir kəs deyiləm, danışığımda yanlışlıq
olarsa, deyin, çox şad olaram. Çünki insan yanılan və unutqan bir varlıqdır. Bu iki
gecədə hidayət İmamlarının (ə) rizasına zidd olan, elm, əql və məntiqlə uyğun
olmayan şeylər görmüsünüzsə, rica edirəm ki, açıq şəkildə bəyan edin!».
Hafiz: «Bu iki gecədə dəfələrlə imamlarınızın adını dedikdə, «Rəziyallahu
ənhum» yerinə «Salamullahi əleyhim» və ya «Salavatullahi əleyhim» buyurdunuz.
Bu isə, özünüz də bildiyiniz kimi, «Əhzab» surəsindəki bu ayənin – «Həqiqətən,