Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə84/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   80   81   82   83   84   85   86   87   ...   314
2 5290018709182616340

səlli 
əla 
Məhəmməd» 
söyləməyinizdir.  Halbuki,  belə  söyləməlisiniz  –  «Allahummə  səlli  əla 
Məhəmməd və əla Ali-Məhəmməd». 
Bu  cümləni  də  Deyləmi  Rəsulallahın  (s)  buyurduğunu  nəql  etmişdir: 
«Məhəmməd  və  ailəsinə  (Əhli-beytinə)  salavat  deyilmədikcə,  dua  örtülü 
qalar». 
Şafeinin belə dediyini nəql edirlər: 
 
Ey Rəsulallahın (s) Əhli-beyti! 
Sizin sevginiz, Allah tərəfindən Quranda vacib edilmişdir.  
Bu böyük məqam sizə yetər ki,  
Sizə salavat deməyənin namazı qəbul olmaz
1

 
Rəsulallahın (s) buyurduğu kimi, «Namaz Dinin sütunudur; o qəbul olarsa, 
digər əməllər də qəbul olar; o qəbul olmazsa, digər əməllər də qəbul olmaz». 
Bütün  əməllərin  qəbul  olması  namaza  bağlıdır;  bir  az  əvvəl  zikr  etdiyimiz 
hədisə görə də, namazın qəbul olması, Şəhabuddin Ələvi «Rəşfətüs-sadi min bəhri 
fəzaili  minən  Nəbiyyil-Hadi»  kitabının  II  babında  səhifə  29-dan  35-ə  qədər 
Məhəmməd  və  Ali-Məhhəmmədə  salavat  deməyin  vacib  olması  xüsusunda  olan 
bəyanlar  və  Nəsai,  Daru  Qutni,  İbn  Həcər,  Beyhəqi  Əbu  Bəkridən,  Tərtusi  Əbu 
Əshəqdən,  Mərvəzi  Səmhudidn,  Nəvəvi  «Tənqiyh»  kitabında,  Şeyx  Siracuddin 
Qəsimi  Yəməni  təşəhhüddə  həzrət  Peyğəmbərin  (s)  mübarək  adından  sonra  Ali-
Məhəmmədə  (s)  də  salavat  deməyin  vacib  olmasına  dair  dəlillər  zikr  etmişdir. 
Artıq  vaxt  keçdiyinə  görə,  daha  çox  izah  verə  bilmirəm  və  hökmü  qardaşların 
təmiz vicdanlarına buraxıram.  
Bu  səbəbdən,  siz  əhli-sünnət  qardaşlarımız  Peyğəmbərin  (s)  Əhli-beytinə 
salam  və  salavat deməyin  bidət olmadığını,  əksinə  Peyğəmbərin  (s)  bilavasitə  öz 
göstərişi  ilə  bir  sünnət  və  ibadət  olduğunu  təsdiq  edirsiniz.  Bunları  əhli-sünnət 
                                                 
1
 Şafeinin məqsədi, təşəhhüddəki salavatdır. Qəsdən bunu söyləməyənin namazı batil və qəbul olmaz.  


 
85 
qardaşlarımıza  yanlış  çatdıran  xaricilər,  nasibilər,  təəssübkeş  və  inadkar 
düşmənlərdən başqa bir kəs qətiyyən inkar etməz. Bu hökmdə Xatəmul-ənbiyanın 
(s) yanında yer alan və zikr olunmaqda digərlərindən öndə olan kəsləri başqalarıyla 
qiyas  etməyin  və  digər  kəsləri  onlardan  üstün  bilməyin  cəhalətdən,  təəssübdən 
qaynaqlanması gün kimi açıq-aydındır! 
Söz  bu  yerə  yetişdikdə,  gecə  yarısında  keçdiyi  və  məclisdə  iştirak  edənlərin 
bəzilərində yorğunluq hiss olunduğuna görə, söhbətə son qoyduq. Çay içdikdən və 
sabah bir az tez yığışmağı qərarlaşdırdıqdan sonra ağalar getdilər.  
 


 
86 
ÜÇÜNCÜ GECƏ 
 
25 rəcəb, bazar gecəsi 1345-ci il (1924) 
Axşam  namazını  yeni  bitirmişdik  ki,  ağalar  gəldilər.  Hal-əhval  soruşduqdan 
sonra onlar çay içməklə məşğul ikən, mən də bu aradan işa namazını qılaraq, rahat 
bir zehin ilə ağaların sözlərini dinləmək üçün hazır oldum.  
Hafiz:  «Qibləsahib!  Dünən  gecə  evə  getdikcə,  xəyalımda  hey,  nə  üçün 
müxtəlif  millətlərin  əqidələrini  ətraflı  araşdırmırıq,  onlara  diqqətlə  nəzər 
yetirmirik?  Sizin  deyiminizlə,  nə  üçün  təəssübkeş  şəxslərin  bəzi  kitablarıyla 
keçinirik?  Beləcə,  bir  qrup  həqiqətlər  bizdən  gizli  qalır  düşünərək,  özümü 
qınadım». 
Dəvətçi:  «Allah-təala,  «Ən  am»  surəsinin  150-ci  ayəsində  «De:  (Ey 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin