Китабын ады


Peyğəmbər!) Ən üstün dəlil Allahındır



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə85/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   81   82   83   84   85   86   87   88   ...   314
2 5290018709182616340

Peyğəmbər!) Ən üstün dəlil Allahındır» buyurduğuna görə, dünən gecəki məclis 
də ilahi höccətlərdən biriydi.  
Ağalar, söhbətin əvvəlində bir az adətlərinizi kənara qoyub insaf, elm və ağıl 
gözüylə  sözlərimə  diqqət  etdiniz.  Bilməlisiniz  ki,  söylədiyim  şeylər  elm,  ağıl, 
məntiq  və  həqiqət  ölçüləri  üzrədir.  Mübarək  qulaqlarınıza  doldurduqları  və 
ağlınıza  yeritdikləri  şeylər  batinininzdəki  təəssüb  və  təkəbbüb  kimlərinsə 
inadlarından qaynaqlanmışdır.  
Allah şahiddir ki, bu məclisdə danışarkən, qalib olmaq və ya ağaları məğlub 
etmək fikrində deyiləm; təkcə hədəfim, Əhli-beyt (ə) haqqını və onların məktəbini 
müdafiə edərək, həqiqətlərin ortaya çıxmasını təmin etməkdir». 
Hafiz:  «Dünən  gecəki  söhbətlərinizdə  şiənin  müxtəlif  qruplara  ayrıldığı 
ortaya  çıxdı.  Görəsən,  şiənin  hansı  qrupu  haqdır  və  onların  hansının  sözünü, 
əqidələrini  doğru  bilirsiniz?  Əgər  mümkünsə,  mövzunun  aydın  olması  üçün  bu 
qrupları  və  bəhs  etdiyimiz  mövzuya  aid  olan  qrupu  incəliklə  bizim  üçün 
açıqlayın». 
Dəvətçi:  «Dünən  gecə,  «şiə  müxtəlif  qruplara  ayrılmışdır»  deyə  bir  şey  ərz 
etmədim, sadəcə şiənin mənasını ərz etdim; yəni şiə, Allah və Peyğəmbrə (s) itaət 
edən və Rəsulallahın (s) əmri çərçivəsində risalət (s) ailəsinin (ə) təqibçiləri olan 


 
87 
bir  camaatdır.  Amma  bəzi  azğın  firqələr  özlərini  şiə  göstərərək,  hər  şeydən 
xəbərsiz  cahil  insanları  öz  ətrafına  toplamış,  müqəddəs  şiə  adından  sui-istifadə 
etmişlər;  batil  inancları,  hətta  küfr  və  zındıqlığı  bu  adla  insanlar  arasında 
yaymışlar. Bax, bu səbəbdən həqiqətlər üzərində tədqiqat aparmayan bir qrup cahil 
insanlar  onları  tarixdə  şiə  adıyla  tanımışlar.  Onlar  həqiqətdə  dörd  firqəyə 
ayrılmışlar;  o  dörd  firqədən  sadəcə  ikisi  özünü  yaşada  bilmişdir,  digərləri  isə 
tamamilə dağılıb aradan getmişdir. Qalan iki firqədən də müxtəlif firqələr meydana 
gəlişdir.  Bu  dörd  firqə  bunlardan  ibarətdir:  zeydiyyə,  keysaniyyə,  qəddahiyyə, 
ğulat.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin