sülbündən çıxacaqdır; o, şəhid olaraq öldürüləcəkdir. Qiyamət günü o və əshabı xalqın boynuna ayaq qoymuş bir halda Cənnətə daxil olacaqlar».
Lakin həzrət Zeydin özü qətiyyən imamət iddiası etməmişdir; bu, ona istinad
edilən bir iftiradır. O, özünün dəyərli qardaşı imam Məhəmməd Baqirin (ə)
imamətliyinə müti və tabe idi. Lakin azğınlar o həzrətdən (ə) sonra belə bir
düşüncəyə etiqad bəslədilər: «Evində oturub xalqdan uzaq düşən kəs, imam
deyildir. İmam, alim, saleh, nəzər sahibi olan və qılıncla qiyam edən hər Fatimi
olan şəxsdir».
Bu azğın kəslər xalqı Zeydin imamətinə dəvət etdilər, bir təşkilat qurdular.
Belə demək də mümkündür: hədəfləri istiqamətində bir dükan açdılar və öz
aralarında beş firqəyə ayrıldılar: muğiyriyyə, carudiyyə, zukeyriyyə, xəşəbiyyə və
xulqiyyə.