Китабын ады


Nə mürəkkəbdir, nə cisim, nə cövhərdir, nə də ərəz



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə92/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   88   89   90   91   92   93   94   95   ...   314
2 5290018709182616340

Nə mürəkkəbdir, nə cisim, nə cövhərdir, nə də ərəz.  
Şəriki yoxdur Onun, ehtiyacsız bir yaradıcıdır.  
 
Vücudu  vacib  olanın  zatı  qətiyyən  görülmədiyindən  və  digər  tərəfdən  də, 
yaratdıqlarını  hidayət  etməsi  lazım  gəldiyinə  görə,  bəşər  cinsindən  bəzi  elçilər 
seçərək,  onlara  insanları  hidayətə  yönətmələri  və  hər  zamanın  insanlarının 
ehtiyaclarını  ödəmək  üçün  aydın  dəlillər,  möcüzələr  və  əmrlər  göndərmişdir. 
ONların sayları olduqca çoxdur. Ulul-əzim və insanların hidayət rəhbəri olan beş 
peyğəmbərin, yəni Şeyxul-ənbiya Nuh (ə), Xəlili-Rəhman İbrahim (ə), Kəlimullah 
Musa (ə), Ruhullah İsa (ə) və peyğəmbərlərin sonuncusu Məhəmməd-Mustafanın 
(s) əmri altındadırlar. Son peyğəmbər olan həzrət Məhəmmədin (s) din və şəriəti 
Qiyamət gününə qədər mövcud olacaqdır. 
Şiə camaatı inanırlar ki, Məhəmmədin (s) halalı Qiyamətə qədər halal, haramı 
da Qiyamətə qədər haramdır; şəriəti də Qiyamət gününədək davam edəcəkdir.  
Allah-təala insanların yaxşı və ya pis – bütün əməlləri üçün cəza və mükafat 
müəyyən  etmişdir.  Bunlar  Cənnət  və  Cəhənnəmdə  onlara  veriləcəkdir.  Cəza  və 


 
92 
mükafat  üçün  təyin  olunan  günə  «yovmul-cəza»  deyirlər.  Allah-təala  dünyanı  və 
dünya  həyatını  sona  yetirdikdən  sonra  bütün  məxluqatı  əvvəldən  sonuna  qədər 
dirildəcək, cismi olan bu bədənlə məhşərə çəkəcəkdir. Məhkəmə və sorğu-sualdan 
sonra hər kəsi öz əməlinə görə cəzalandıracaq və ya mükafatlandıracaqdır.  
Ümumi  olaraq  səmavi  kitablarda,  xüsusilə  Tövrat,  İncil  və  Qurani-məciddə 
xəbər  verilmişdir.  Qurani-kərim  sənədi  sağlam,  sabit  və  mühəqqəq  olan  mötəbər 
bir  sənədlə  əlimizə  yetişmiş  və  təhrif  də  olmamışdır.  Bu  kitabın  əmrlərinə  əməl 
etməklə Allah yanında mükafatlandırılacağımıza ümidliyik.  
Bu səmavi kitabda yazılmış olan, məsələn: namaz, oruc, zəkat, xumsə, həcc, 
cihad və s. kimi bütün əhkamlara, eyni zamanda Rəsulallah (s) vasitəsiylə yetişən 
bütün  vacib  və  sünnət  olan  əmrlərə  inanırıq;  Allah-təalanın  yardımıyla  da  onlara 
əməl  etməyə  qərarlıyıq.  Şərab,  qumar,  Zina,  ləvat,  riba,  zülm  və  insan  öldürmək 
kimi böyük-kiçik – bütün günahlardan diqqətlə çəkinirik.  
Biz  şiə  camaatı  inanırıq  ki,  Allah-təala  bu  ilahi  əhkam  və  əmrləri  gətirəni 
seçib, insanlara tanıtmışdır. Rəsulallahın (s) vəfatından sonra onun dini və şəriətini 
qoruyan  bir nəfərin olması lazım  gəlirdi.  Allah-təala həzrət  Peyğəmbəri  (s)  seçib 
insanlara  tanıtdırdığı  kimi,  onu  da,  yəni  Peyğəmbərin  (s)  vəsisi  və  xəlifəsini  də 
Rəsulallah  vasitəsiylə  ümmətə  tanıtmalıdır.  Çünki  bütün  peyğəmbərlər  Allah-
təalanın  əmriylə  öz  vəsilərini  tanıtmışlar.  Onların  ən  fəzilətlisi  olan  Xatəmul-
ənbiya da (s) fəsadı və ümmətin ixtilaflarının qarşısını almaq üçün vəsilərini Allah-
təalanın əmriylə cari olan sünnət üzrə tanıtmışdır. Allah-təala tərəfindən tanıdılan 
Rəsulallahın (s) vəsiləri (ə) on iki nəfərdir. Onların əvvəli vəsilərin ağası olan Əli 
(ə) ibn Əbu Talibdir. Ondan sonra oğlu Həsən (ə), daha sonra Həsənin (ə) qardaşı 
Hüseyn (ə), Hüseynin (ə) oğlu Zeynul-Abidin (ə), onun oğlu Məhəmməd Baqir (ə), 
Məhəmməd-Baqirin (ə) oğlu Cəfər Sadiq (ə), ondan sonra oğlu Musa Kazım (ə), 
sonra Musa Kazımın (ə) oğlu Əli Rza (ə), sonra onun oğlu Məhəmməd Təqi (ə), 
ondan sonra oğlu Əli Həqi (ə), daha sonra onun oğlu Həsən Əsgəri (ə) və nəhayət, 
Həsən  Əsgərinin  (ə)  oğlu  Məhdidir  (ə).  Allahın  höccəti  olan  on  ikinci  İmam  (ə) 
gözlərdən  qeybdədir.  Lakin  Allah-təala  onun  vasitəsi  ilə  yer  üzündəki  zülmü 
aradan aparıb, ədalətlə dolduracaqdır.  


 
93 
İmamiyyə  şiəsinin  inancı  budur  ki,  bu  haqq  olan  on  ikinci  İmam  (ə),  Allah 
tərəfindən Peyğəmbər (s) vasitəsiylə tanıdılmışdır, bunların on ikincisi, yəni həzrət 
Məhdi (ə) mütəvatir
1
 və müstəfiz
2
 hədislərə görə, qeybətə çəkilmişdir. Bu xüsusda 
əhli-sünnət alimlərindən də bir çox hədislər vardır,  bütün Peyğəmbər və vəsilərin 
zamanında  qeybət  olduğu  kimi,  o  zamanda  da  qeybət  olmuşdur.  O  müqəddəs 
vücudu,  Allah-təala  zülmü  aradan  aparmaq  və  ədaləti  yaymaq  üçün  zühurunun 
vaxtı yetişənə qədər gözlərdən uzaq etmişdir.  
İmam Məhdi (ə) bütün Aləmi islah edəcəkdir. Hər kəs belə bir şəxsin zühur 
edəcəyini gözləyir.  
Xülasə, şiə camaatı Əhli-beyt (ə), xas səhabə və etibarlı ravilər iləsiylə yetişən 
bütün  səhih  hədislərə  və  Qurani-kərimdə  mövcud  bütün  əhkamlara  inanır.  Bu 
müqəddəs inanca, ana və atalarımızdan təqlid yoluyla deyil, əksinə təhqiq, məntiq 
və  dəlillə  yetişdiyimə  görə,  Allaha  şükrlər  edir  və  bu  inanc  və  məzhəblə  iftixar 
edirəm.  
Kimin  bu  din  və  məzhəbdə  bir  şəkk-şübhəsi  olarsa,  mən  o  şübhəni  aradan 
aparmaq və həqiqətləri isbat etmək üçün Allah-təalanın yardımı ilə hazıram». 
Bu əsnada azan səsi eşidildi. Namaz qılıb, çay içdikdən sonra Hafiz ağa sözə 
başladı.  
Hafiz: «Qibləsahib! Şiə adlandırılan firqələrin tarixini bəyan etdiyinizə görə, 
təşəkkül  edirik.  Amma  sizin  hədis  və  dua  kitablarınızda,  sözlərinizin  əksinə, 
zahirləri  İsna  Əşəriyyə  (on  iki  İmam)  şiəsinin  küfrünü  göstərən  bəzi  sözlər 
mövcuddur». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin