Dəvətçi: «Əvvəlcə, hədisin sənədinin silsiləsinə diqqət etmək lazımdır.
Görəsən, hədis doğrudurmu, mötəbərdirmi, həsəndirmi, zəifdir, yoxsa mərduddur?
Doğru olduğu təqdirdə tövhid haqqındakı açıq-aşkar ayələr və Əhli-beyt (ə)
yoluyla yetişən mütəvatir hədislər qarşısında xəbəri-vahidlə əməl etmək doğru
deyildir. Siz nə səbəbdən tövhid haqqındakı mövcud olan bu qədər hədisləri və
Əhli-beyt (ə) İmamlarının maddəçilərlə münazirlərini və xalis Tövhidi isbat
etmələrini görüb onlara diqqət etmirsiniz? Halbuki, şiənin önəmli bütün təfsirləri
və hədis kitabları məsələn: «Tövhidi-müfəzzəl», «Tövhidi-Səduq» və Əllamə
Məclisinin «Biharul-ənvar» kitabındakı tövhid bölümü və şiə alimlərinin Tövhid
haqqındakı kitabları Əhli-beytdən (ə) nəql olunan mütəvatir hədislərlə dolub-daşır.
Nə səbəbdən Hicri 413-cü ildə vəfat edən və şiənin böyük alimlərindən və
Şeyx Mufid adı ilə məruf olan Əbu Əbdullah Məhəmməd ibn Nömanın «Ən-
nüqətul-etiqaddiyyə» risaləsini və o şəxsiyyətin təlif etmiş olduğu «Əvailul-
məğalat fil-məzahibi vəl-muhtarat» kitabını mütaliə etmirsiniz? Nə səbəbdən
cəlalətli Şeyximiz Əbu Mənsur Əhməd ibn Əli ibn Əbi Talib ət-Təbərsinin
«İhticac» kitabına həzrət Rizanın (ə) müxaliflər və tövhidi inkar edənlər qarşısında
xalis tövhidi necə isbat etdiyini bilib öyrənməniyiz üçün müraciət etmirsiniz, ancaq
95
dönüb-dolaşıb, mütəşabih hədisləri tapıb onlara əsaslanaraq, şiəyə həmlə edirsiniz?
Ərəb şairi nə gözəl söyləmişdir: