Китабын ады


ALLAH-TƏALANIN GÖRÜLMƏSİNİN MÜMKÜN



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə99/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   95   96   97   98   99   100   101   102   ...   314
2 5290018709182616340

ALLAH-TƏALANIN GÖRÜLMƏSİNİN MÜMKÜN 
OLMADIĞINA DAİR DƏLİL VƏ HƏDİSLƏR 
 
Dəvətçi:  «Cənabali,  siz  hədisin  sadəcə  bir  cümləsini  qeyd  etdiniz.  Ağaların 
icazəsilə  hədisi  tam  şəkildə  söyləyim,  o  zaman  sizin  kifayət  qədər  cavabınız 
verilmiş  olar.  Bu  hədisi  siqətul-İslam  əzəmətli  Şeyx  Məhəmməd  ibn  Yəqub 
Kuleyni (q.s) «Üsuli-kafi»nin «Tövhid kitabı»nın babında və hörmətli Şeyx Səduq 
Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babaveyh Qummi (q.t), 
«Tövhid»  kitabının  «Allahı  görmə  əqidəsinin  ibtalı»  (batilliyi)  babında  haqq  və 
natiq  olan  Məhəmməd  (ə)  oğlu  imam  Cəfər  Sadiqin  (ə)  belə  buyurduğunu  nəql 
edirlər:  «Yəhudi  bir  alim  Əmirəl-möminin  həzrət  Əlinin  (ə)  yanına  gələrək,  «Ey 
Əmirəl-möminin! Allaha ibadət etdikdə Onu görürsənmi?» soruşdu. Həzrət Əli (ə): 
«Görmədiyim  Rəbə  itaət  etmərəm»  buyurdu.  «Necə  görürsən?»  soruşanda  İmam 
(ə) belə buyurdu: «Gözlər Onu görməz, fəqət qəlblər iman nuruyla Onu görürlər». 
Əmirəl-möminin  həzrət  Əlinin  (ə)  bu  cavabından  belə  anlaşılır  ki,  Allahı 
cismani  olan  bu  maddi  gözlə  görmək  mümkün  deyildir.  Ancaq  qəlb  gözüylə 
mümkündür.  Bu  məna  «Lən»  kəlməsindən  anlaşılır.  Çünki  məlumdur  ki,  «Lən» 
ədatı  əbədi  nəfy  ədatı  üçün  istifadə  olunur  və  bu  ayədə,  «Gözlər  onu  görməz» 
əvvəldəki  ayəni  təkid  edir.  Yəni  dünya  və  axirətdə  qətiyyən  Allah-təala  heç  bir 
şəkildə görülməyəcəkdir.  
Əqli və nəqli dəlillər bu mənanı ortaya çıxarır. Şiənin böyük alim, mühəqqiq 
və  müfəssirlərindən  başqa,  Qazi  Bəyzavi  və  Carullah  Zəməxşəri  kimi  böyük 
alimləriniz  öz  təfsirlərində  Allah-təalanın  görülməsinin  əqlən  imkansız  olduğunu 
vurğulamışlar.  Kim  Allah-təalanın  istər  bu  dünyada  olsun,  istər  axirətdə, 
görülməsinə inanırsa, Allah-təalanı öz əhatəsində qərar vermiş və Onun zatı üçün 
cismaniyyəti qəbul etmişdir. Çünki maddi cism olmazsa, maddi gözlə onu görmək 
mümkün olmaz. Belə bir inanc tamamilə küfrdür. Çünki böyük alimlərimiz bunu 
öz  təfsir  və  elmi  kitablarında  zikr  etmişlər.  Bu  mövzu  üzərində  bəhs  etmək 
imkanımız olmadığına görə, onlardan bəzi cümlələri şahid ərz etdik. 


 
100 
Etibarlı kitablarınızda qeyd edilmiş yalan, uydurma və xurafat sözlərə gəlincə, 
misal olaraq iki hədisin xülasəsini möhtərəm ağaların şiə kitablarındakı açıqlaması 
və təvili mümkün olan bəzi xəbəri-vahidləri irad tutmamaları üçün nəql edirəm». 
«Sitz  «Səhihi-Sittə»ni,  xüsusilə  «Səhihi-Buxari»  və  «Səhihi-Müslim»i  vəhy 
olan  bir  kitab  kimi  təsəvvür  edirsiniz.  Ricam,  təəssübdən  uzaq  olub,  bir  az  insaf 
gözüylə, bu qədər ifrata getməməniz üçün bu hədislərə baxmanızdır.  
 


 
101 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin