Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди



Yüklə 2,79 Mb.
səhifə15/33
tarix22.10.2017
ölçüsü2,79 Mb.
#9298
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

DÖRD ŞƏHİD ANASI XİNNƏSA


İslamın güclü mübəlliğlərindən (təbliğatçı) sayılan Xinnəsanın digər adı da Təmazur idi. O öz qəbiləsini İslama inandırmış və nəticədə qəbiləsinin bütün üzvləri hamılıqla iman gətirmişdi. Xinnəsa camaatı öz söhbətləri və şe`rləri ilə İslam dininə də`vət edərdi. (Hicrətin 14-cü ilində) Müsəlmanlarla iranlılar arasında (Kufənin qərbində, 15 fərsəxlikdə) Qadisiyyə məntəqəsində döyüş baş verdi. Onun oğlanlarından dördü həmin döyüşdə şəhid oldular. O, özü övladlarını ön cəbhəyə göndərdi və onları səbirli, dözümlü olmağa çağıraraq, Qur`an ayələrini oxumaqla onları döyüşə həvəsləndirirdi. Meydana tərəf çapıb döyüş mahnısı oxuyur və döyüşçüləri düşməni məhv etmək üçün hərəkətə gətirirdi. Oğlanlarının dördünün də şəhidlik xəbərini eşidəndə dedi: “Mənə onların şəhidliyi ilə iftixar bəxş edən Allaha həmd olsun. Allah məni də onlarla birlikdə öz rəhmət və rizvanında məhşur etsin”.95

Maraqlısı budur ki, İslamın əvvəlindəki qadınlar, mübarizə səhnəsində və bu kimi sair işlərdə həmişə hazır olardılar. İmam Əli (ə) Cəməl savaşında Aişəni Mədinəyə çatdırmaq üçün qırx silahlı qadını ona mühafizəçi tə`yin etdi.96 Çünki hiyləgər insanlar tərəfindən ona təhlükə yaranar, fürsət axtaran adamlar isə bundan öz siyasi məqsədləri üçün istifadə edə bilərdilər.


ƏMR İBN HƏMİQİN HƏYAT YOLDAŞI AMİNƏ MÜAVİYƏNİN ZİNDANINDA


Əmr ibn Həmiq Həzrət Əlinin (ə) qoçaq və ixlaslı dostlarından idi. Həzrət İmam Əli (ə) şəhid olandan sonra, o, həmişə və hər bir fürsətdə Müaviyəni ifşa edib camaatı onun əleyhinə qaldırırdı. Onun bu hərəkəti Müaviyənin qulağına çatdı. Müaviyə Kufədəki valisi Ziyada yazdığı məktubunda tə`kid etdi ki, hər bir imkandan istifadə edib onu tutub qətlə yetirsin.

Əmr Müaviyənin cəlladlarının əlindən gizlənərək gizlin şəkildə fəaliyyət göstərirdi. O, axırda Müaviyənin Mosuldakı valisi Əbdürrəhman ibn Osmanın vasitəsi ilə tutuldu. Onun həyat yoldaşı Aminəni isə Ziyadın əmri ilə ərinin gizləndiyi yeri demədiyinə görə tutmuşdular. Müaviyə (Mosulun valisi) Əbdürrəhmana yazdı: “Əmrə iki yol təklif et! Ya Əlidən (ə) imtina, ya da ölüm”.

Əbdürrəhman bu tapşırığı Əmrə bildirdikdə Əmr cavabında dedi: “Əlidən (ə) imtina etmək (yə`ni mümkün olmayan şeydir). Çünki O, haqdır, Müaviyə isə batil. Amma mən ölməyə hazıram. Tezliklə Allahın, Peyğəmbərin (s) və Əlinin (ə) hüzurunda olacam və Müaviyədən intiqam alacam”.

Daha Əmrə imkan verməyib onu məzlumcasına öldürdülər. Ona hətta iki rəkət namaz qılmağa da icazə vermədilər. Beləliklə, o, Əlinin (ə) yolunda öz qanına boyandı, onun başını bədənindən ayırıb Müaviyə üçün göndərdilər.

Azadlıq sevən insanlar, o cümlədən İmam Hüseyn (ə) Müaviyəyə yazdığı məktubunda onun bu zülmünü pisləyib məhkum etdilər. Müaviyənin sarayında kasa yalayanlardan biri ona dedi: “Yaxşı olar ki, Əmrin başını zindandakı qadını Aminəyə aparıb yarasına duz səpək və dediyi bütün şər sözlərin intiqamını alaq”.

Aminənin göstərdiyi rəşadətlərdən çox narahat olan Müaviyə bu təklifi qəbul etdi. Əmrin başını zindana aparıb Aminənin üstünə atdılar. Aminənin gözü Əmrin başına sataşanda, onun qəhrəmanlıqlarını yada salıb göz yaşı axıtdı. Bu vaxt dedi: “Ərimi bir neçə müddət məndən gizlətdiniz. İndi isə başını mənim üçün hədiyyə gətirmisiniz. Ey mənim ömür-gün yoldaşım, xoş gəlmisən! Mən səni heç vaxt yaddan çıxartmayacam”.

Sonra mə`mura dedi: “Müaviyəyə de ki, tezliklə ərimin qanının intiqamını səndən alacam. Müaviyə çox böyük günaha batıb. Tezliklə Allahın qəzəb və əzabı onu tutacaq”.

Sonra o, ərinin başını bağrına basıb bir neçə söz dedi. Mə`mur Aminənin sözünü Müaviyəyə çatdırdı. Müaviyə əmr verdi ki, onu qəsrinə gətirsinlər. Bərk qəzəblənmiş Müaviyə Aminəyə dedi: “Eşitmişəm mənim barəmdə belə bir sözlər demisən? Bir halda ki, bizim əlimizdə olduğunu yaxşı bilirsən”.

Aminə dedi: “Bəli, bilirəm və İlahi əzab sənin başının üstündədir”.

Müaviyə Aminənin alovlu sözlərinin müqabilində tab gətirməyib əmr etdi ki, onu oradan uzaqlaşdırsınlar. Aminə məclisdən çölə çıxanda dedi: “Təəccüb edirəm ki, Müaviyənin bizimlə söhbət etmək qüdrəti yoxdur və əliylə işarə edir ki, məni çölə çıxartsınlar”.

O qapının ağzına çatmamış Müaviyə əmr etdi ki, Aminəni qaytarsınlar. Onu yenidən Müaviyənin yanına apardılar. Müaviyə əmr etdi onun qabağına qızıl-gümüş töksünlər. Aminə üzünü onlardan çevirdi və dedi: “Ey Müaviyə! Üzün qara olsun. Ərimi öldürdün, indi də məni mükafatlandırırsan. And ola Allaha! Bunların yüz bərabəri qədər olsa da, ərimin bir dırnağı ilə belə dəyişmərəm”.

Müaviyə güldü və dedi: “Əlidən (ə) uzaq ol, səni azad edim”.

Aminə Əlinin (ə) adın eşidəndə gözləri yaşardı və ağlayaraq Müaviyənin üstünə qışqırıb fəryad qopardı: “Ey Müaviyə! Gör necə də dəhşətli təklif irəli sürürsən. Pərvərdigara! Bil ki, Əli (ə) yox, Müaviyə lə`nətə layiqdir”.

Müaviyə xəcalət çəkdi. Əmr etdi Aminəni təzədən zindana apardılar. Bir neçə müddətdən sonra əmr etdi ki, onu zindandan azad etsinlər və İraqa qaytarsınlar. Məbada Şam camaatı (Müaviyənin nəzərincə) onun şər sözlərini eşidib, Müaviyənin əleyhinə qiyam etmək fikrinə düşərlər.97


HÜCR İBN ƏDİNİN MÜDAFİƏSİNDƏ ƏNSAR QADINI HİNDİN GÖSTƏRDİYİ ŞÜCAƏTLİK


Hücr ibn Ədi İmam Əlinin (ə) zamanında Müaviyənin əleyhinə olan inqilabçılardan idi. Həzrət Əli (ə) şəhid olandan sonra onun apardığı mübarizənin davam etdirən Hücr ibn Ədi və yeddi dostunu Müaviyə Dəməşqin yaxınlığında “Mərci Əzra”da şəhid etdi. Hücrü qətlə yetiriləcəyi yerə aparanda, çox çətin şəraitdə və sıxıntıdaydı, əgər hər kim onu müdafiə etsəydi, Əlinin (ə) dostu kimi e`dam olunardı. Zeyd Ənsarinin Hind adlı cəsur qızı bu barədə bir şe`r oxudu:

Ey parlaq ay, bir boy göyə ucal sən,

Şama aparılan Hücrü görəsən.

Ziyad ona e`dam istəmiş deyə,

Əsir apardılar Müaviyəyə.

Bir gün darvazadan asılar bu can,

Didər bədənini qan içən heyvan.

Meydan zülmün olar Hücrdən sonra,

Amma ki bu qəmdən könüllər yara.

Fərəhlən bu işdən, ey Ədi oğlu,

Xalqa yananların sinəsi dağlı.98

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin