Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди


ÖMƏR İBN ƏBDÜL-ƏZİZİN HƏYAT YOLDAŞI FATİMƏ



Yüklə 2,79 Mb.
səhifə20/33
tarix22.10.2017
ölçüsü2,79 Mb.
#9298
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

ÖMƏR İBN ƏBDÜL-ƏZİZİN HƏYAT YOLDAŞI FATİMƏ


Ömər ibn Əbdül-Əzizin (səkkizinci əməvi xəlifəsinin) həyat yoldaşı Fatimə Əbdül-Məlikin (beşinci əməvi xəlifəsinin) qızı idi və onun qardaşlarının hamısı qəsbkar xəlifə idilər. Ancaq o çox mə`rifətli bir qadın idi və mə`nəviyyatı madiyyatdan üstün tutardı. Ərinin ədalətli olmasında, xeyir və ədalət yolunda ona kömək etməkdə mühüm rol oynayırdı. İctimai ədaləti qorumaq üçün ər evində ən çətin vəziyyətə dözürdü. Bəlkə də onun carçısı idi. Əri dünyadan gedəndə çox narahat oldu və ağladı. Qardaşları ona dedilər: “Narahat olma! Saraydan, sərvətdən hər nə istəsən sənin ixtiyarında qoyarıq”.

O cavabında dedi: “Mən bunlardan ötrü ağlamıram. Ağlamağım ona görədir ki, bir gecə ərim Ömər ibn Əbdül-Əzizi yuxudan qalxıb gecə namazı qılan gördüm. Bu ayələri oxuyurdu və ağlayırdı: “O gün insanlar kəpənək kimi ətrafa səpələnəcəklər. Dağlar isə havada atılmış pambıq kimi məhv olacaqlar”.114

Sonra bu qadın uca səslə elə ağladı ki, yerə yıxıldı. Güman etdilər ki, dünyadan getmişdir.115

Bəli, ərinin ölümü ona qiyaməti xatırladırdı və Allah xofundan belə vəhşətdə idi. Onun adı dünyada ən üstün qadınlar sırasında dərc olundu. Çünki ixtiyarında olan bütün maddi imkanları mə`nəviyyata fəda etdi.


MƏTANƏTLİ NATİQ QADIN HÜRRƏ


Qəhrəman və natiq qadınlardan biri, öz güclü məntiqi və şücaəti ilə tarixin rəhimsiz və qaniçəni Həccac ibn Yusif Səqəfini diz çökdürən, misilsiz qəhrəmanlıqla onu məhkum edən və axırda da onun tə`riflərini eşidib azad olan Həlimə Sə`diyyənin nəvəsi Hürrədir. Burada sizin diqqətinizi onun Həccacla olan maraqlı mübahisəsinə cəlb edirik.

Tarixdə öz cinayətkarlığı ilə məşhur olan Həccac ibn Yusif Səqəfi Əbdül-Məlik (əməvilərin beşinci xəlifəsi) tərəfindən İraqın valisi təyin olunmuşdu. O, şiə məzhəbinin Kumeyl, Qənbər və Səid ibn Cubəyr kimi adlı-sanlı şəxsiyyətlərini öldürmüşdü. Həccacın şiələrə etdiyi bütün bu zülmlərin səbəbi Həzrət Əliyə (ə) olan düşmənçiliyi və kin-küdurəti idi. Bir gün şücaətli və qəhrəman qadınlardan olan Həlimə Sə`diyyənin qızı, Həzrət Peyğəmbərin (s) süd bacısı, Həlimə Sə`diyyə kimi tanınan və Həzrət Əlinin (ə) şücaətli tərəfdarlarından sayılan Hürrə adlı bir qadın təsadüfən Həccacın yanına gəldi. Həccacla Hürrə arasında aşağıda qeyd olunmuş maraqlı bir mübahisə baş verdi. Həccac dedi: “Sən Həlimə Sə`diyyənin qızı Hürrəsən?”

Hürrə dedi: “Bu, imansız bir adamın zirəkliyidir (aydındır ki, mən Hürrəyəm. Ancaq sənin kimi imansız bir adamın məni tanıması, sənin zirəkliyinə dəlildir)”.

Həccac dedi: “Allah səni bura gətirərək mənim cəngimə salıb. Eşitmişəm ki, sən Əlini (ə) Əbu Bəkrdən, Ömərdən və Osmandan üstün bilirsən”.

Hürrə dedi: “Sənə yalan demişlər (Mən Əlini (ə) onlarla müqayisə etməmişəm). Əksinə mən Əlini (ə) Adəm, Nuh, Lut, İbrahim, Musa, Davud, Süleyman və İsa (ə) kimi peyğəmbərlərdən üstün bilirəm”.

Həccac dedi: “Vay olsun sənə! Sən Əlini (ə) səhabədən və həmçinin peyğəmbərlərdən və onların arasında “Ulul-əzm” olan peyğəmbərlərdən də üstün bilirsən? Əgər bu iddianı isbat edə bilməsən boynunu vuracam”.

Hürrə dedi: “Əlini (ə) peyğəmbərlərdən üstün bilən təkcə mən deyiləm. Əksinə, Qur`ana əsasən Allah özü onu peyğəmbərlərdən üstün bilir. Qur`an Adəm (ə) barəsində buyurur: “Adəm Rəbbinin əmrindən çıxdı və Onun mükafatından məhrum oldu”.116

Ancaq Əlinin (ə) (həyat yoldaşının və övladlarının) barəsində buyurur: “Sizin zəhmətiniz (Allah yanında) məqbul və təqdirəlayiqdir”.117

Həccac dedi: “Afərin sənə ey Hürrə! İndi isə de görüm, niyə Əlini (ə) Nuh (ə) və Lutdan (ə) üstün bilirsən?”

Hürrə dedi: “Allah Əlini (ə) onlardan üstün bilir. Çünki Qur`anda buyurulur: Allah-təala kafirlərə Nuhun və Lutun övrətlərini misal çəkir. Onlar bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Lakin onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!”-deyildi”.118

Lakin Əlinin (ə) həyat yoldaşı Peyğəmbərin (s) qızı Fatimədir. Onun sevinci Allahın sevinci və onun qəzəbi Allahın qəzəbidir”.

Həccac dedi: “Afərin sənə ey Hürrə! İndi isə de görüm niyə Əlini (ə) peyğəmbərlər atası Həzrət İbrahimdən (ə) üstün bilirsən?”

Hürrə dedi: “Allah-təala Qur`anda buyurur ki, İbrahim (ə): “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”-dedikdə, Allah buyurdu: “Məgər iman gətirməyibsənmi?”

İbrahim (ə) ərz etdi: “Bəli, inanıram, lakin istəyirəm ürəyim sakit (xatircəm) olsun”.119

Ancaq mənim mövlam Əli (ə) (yəqinin ən uca bir dərəcəsində olduğu halda) buyurdu: “Əgər gözümün önündən pərdələr götürülsə, mənim yəqinim artmaz”.120

Belə bir sözü heç kəs bundan əvvəl deməyib və bundan sonra da deməyəcəkdir”.

Həccac dedi: “Afərin sənə ey Hürrə! Niyə Əlini (ə) Allahın kəlimi Musadan üstün bilirsən?”

Hürrə dedi: “Allah Musa (ə) barəsində buyurur: “Musa (ə) Fir`onun adamlarından qorxan və hər bir hadisənin intizarında olan halda şəhərdən çıxdı”.121

Ancaq Əli (ə) (Rəsulullahın (s) Məkkədən Mədinəyə hicrəti macərasında) Həzrət Peyğəmbərin (s) yatağında yatdı və heç kəsdən qorxmadı. Sonra Allah onun (şücaət və fədakarlığının) şə`ninə bu ayəni nazil etdi: “İnsanların bə`zisi, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını (fədakarlıq edib) satar”.122

Həccac dedi: “Afərin sənə ey Hürrə! İndi isə de görüm, nə üçün Əlini (ə) Davuddan (ə) üstün bilirsən?”

Hürrə dedi: “Allah Davud (ə) barəsində buyurur: Ey Davud! Biz səni yer üzündə xəlifə (və öz nümayəndəmiz) etdik. Camaat arasında haqq və ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar”.123

Həccac dedi: “Davudun (ə) verdiyi hökm nə barədə idi?”

Hürrə dedi: “Biri əkinçi, digəri isə heyvandarlıqla məşğul olan iki kişi barəsində idi. Heyvandarlıqla məşğul olan kişinin qoyunları əkinçinin əkin sahəsinə girib onun əkdiklərini korladılar. Bu iki nəfər öz mübahisələrini ayırd etmək üçün Davudun (ə) yanına gələrək şikayət etdilər. Davud (ə) buyurdu: Gərək heyvandarlıqla məşğul olan kişi öz qoyunlarını satıb onların pulunu əkinçiyə versin və əkinçi də öz əkin sahəsinin əvvəlki vəziyyətinə qayıtması və abadlaşması üçün bu pulları xərcləsin.

Davudun (ə) oğlu Süleyman (ə) atasına dedi: Ay ata! Bəlkə qoyunların südü və yunu alınıb əkinçiyə verilsin (və bu qaydayla əkinçiyə dəymiş ziyan ödənilər).

Allah Qur`anda buyurur: “Biz məsələnin hökmünü dərhal Süleymana anlatdıq”.124

Ancaq bizim mövlamız Əmirəlmö`minin Əli (ə) buyurur: Sizin aranızdan getməmişdən qabaq, hər nə sualınız olsa, məndən soruşun.

O Həzrət (ə) Xeybər savaşındakı qələbə günündə Rəsulullahın (s) hüzuruna gəldi. Rəsulullah (s) orada olanlara buyurdu: Sizdən daha üstünü, daha elmlisi və sizin hamınızdan daha yaxşı hökm verən Əlidir”.

Həccac dedi: “Afərin sənə ey Hürrə! İndi isə de görüm nə üçün Əli (ə) Süleymandan (ə) üstündür?”

Hürrə dedi: “Allah Qur`anda Süleymanın (ə) dili ilə nəql edir ki, o dedi: Pərvərdigara! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra heç kəs ona nail ola bilməsin”.125

Ancaq bizim mövlamız Əli (ə) dünya barəsində buyurur: Ey dünya, səni üç dəfə boşamışam! Mənim sənə ehtiyacım yoxdur.

Həmin anda Allah bu ayəni nazil etdi: “Biz axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”126

Həccəc dedi: “Afərin sənə ey Hürrə! Nə üçün Əlini (ə) İsadan (ə) üstün bilirsən?”

Hürrə dedi: “Allah Qur`anda İsaya (ə) xitab edib buyurur: Xatırla ki, Allah o zaman (qiyamət günündə) İsa ibn Məryəmə buyuracaq:

“Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!”-demişdin? İsa (ə) deyəcək: “Sən pak və münəzzəhsən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən bunu demiş olsaydım, Sən mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, bütün qeybləri bilən Sənsən! –Mən onlara yalnız mənə əmr etdiklərindən başqa bir söz deməmişdim”.127

Beləliklə, İsaya (ə) pərəstiş edənlər barəsində hökm çıxarmaq və əzab vermək qiyamətə qədər tə`xirə düşdü. Ancaq “Nəsriyyə” firqəsi (ğulat dəstəsi) Əlini (ə) Allah biləndə, Əli (ə) onları öldürdü və onların əzabın qiyamət gününə saxlamadı”.

Həccac dedi: “Afərin sənə ey Hürrə! Öz iddianı isbat etməyin öhdəsindən yaxşı gəldin. Əgər iddianı isbat edə bilməsəydin boynunu vuracaqdım”.

Sonra Həccac Hürrəni azad edib yaxşıca mükafatla yola saldı.128
Altıncı fəsil


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin