Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди



Yüklə 3,28 Mb.
səhifə13/33
tarix08.03.2020
ölçüsü3,28 Mb.
#102267
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

İKİ ŞƏHİD ANASI NƏSİBƏ


“Ümmü Əmmarə” adı ilə tanınan Nəsibə, Rəsulullah (s) dövrünün qəhrəman qadınlarındandı. O, Peyğəmbərin (s) bütün döyüşlərində, döyüşçülərə su vermək və yaralılara tibbi yardım göstərmək kimi işlərdə yaxından iştirak etmişdi. Ühüd döyüşü başlandığı gün çiyninə su tuluğu alıb Ühüd cəbhəsində susayan İslam döyüşçülərinə su verirdi. Maraqlısı budur ki, Ühüd döyüşünün sonunda müsəlmanlar (qənimət toplamağa başları qarışdığı üçün “Təll əynəyn”i əldən verib) məğlub olanda Nəsibə su tuluğunu kənara atıb özünü Peyğəmbərə (s) sipər edərək onu hər tərəfdən müdafiə edirdi. Peyğəmbər (s) buyururdu: “Hər tərəfə baxırdımsa, Nəsibənin məni qoruduğunu görürdüm”.

O, axırda on üç yara aldı. Yaralardan biri onun çiynində idi. Yara o qədər dərin idi ki, onun müalicəsi bir il davam etdi və yeri ömrünün axırına qədər onun çiynində qaldı. Həzrət Peyğəmbər (s) müsəlmanlardan birinin əlində öz qalxanı ilə qaçdığını görüb ona buyurdu: “Qalxanı yerə at”.

O, qalxanı yerə atdı. Nəsibə həmin qalxanı götürdü. Kafirlərdən biri gəlib ona qılınc zərbəsi endirdi. Ancaq o, qalxanla qılınc zərbəsini qaytardı və oğlu Əbdullahın köməyi ilə onu öldürdü. Nəsibə oğlu Əbdullahın qaçmaq istədiyini gördükdə onun qabağını kəsib dedi: “Hara qaçırsan? Allah və Onun Peyğəmbərindən (s) qaçırsan?”

Onu meydana qaytardı və döyüşə davam etdi. Bir atlı gəlib Əbdullaha ağır yara vurdu. Nəsibə cəld tərpənərək ləngimədən oğlunun yarasını bağladı və dedi: “Qalx və döyüşdə süst olma”.

Özü həmin atlıya hücum edib onu ayağından yaraladı. Peyğəmbər (s) qadının bu cür zirəkliyini müşahidə etdikdə elə güldü ki, Həzrətin (s) arxa dişləri göründü və buyurdu: “Afərin sənə! Yaxşı intiqam aldın”.

Onun oğlu Əbdullah bu döyüşdə şəhid olsa da, Nəsibə sona qədər qılıncla və ox atmaqla Peyğəmbərin (s) canını qoruyurdu. Onun fədakarlığı elə bir həddə çatdı ki, Peyğəmbər (s) buyurdu: “Nəsibənin məqamı filankəslərin məqamından daha üstündür (Həzrətin (s) bu sözləri deməklə nifaq başçılarının (üç xəlifənin) qaçmalarına işarə edirdi)”.

Hər halda Nəsibə Peyğəmbərə (s) ərz etdi: “Allahdan istə, Cənnətdə bizi səninlə bir yerdə qərar versin”.

Peyğəmbər (s) həmin duanı buyurdu.78

Nəsibənin digər övladlarından biri “Həbib” adlı şəxs idi. Peyğəmbər (s) onun vasitəsi ilə Musəyləmeyi-kəzzaba (yalandan peyğəmbərlik iddiası edən şəxsə) xəbər göndərdi. Bu qoçaq cavan Peyğəmbərin (s) xəbərini Musəyləməyə çatdıranda, Musəyləmə ona dedi: “Məhəmmədin (s) peyğəmbərliyini təsdiq edirsən?”

O cavab verdi: “Bəli”.

Musəyləmə ona dedi: “Mənim peyğəmbərliyimi təsdiq edirsənmi?”

O cavab verdi: “Qulağım eşitmir”.

Bu sual-cavab üç dəfə təkrar olundu. Musəyləmə əsəbləşdi və göstəriş verdi ki, onu öldürüb bədənini tikə-tikə doğrasınlar. Bu xəbər Nəsibəyə çatanda Musəyləmə ilə döyüşdə ya özü öləcəyinə, ya da onu öldürəcəyinə and içdi. Peyğəmbərin (s) vəfatından sonra Nəsibə Musəyləmə ilə döyüşdə müsəlmanlarla çiyin-çiyinə iştirak etdi. Musəyləmə və köməkçiləri bir bağa sığınanda, Nəsibə Əbu Ducacə Ənsari və digər bir neçə nəfərlə bağa girib Musəyləməni həlak edənə kimi vuruşdular. Nəsibə arzusuna çatdı. Lakin bir əlini İslam yolunda itirdi!79 Bu, iki şəhid vermiş qəhrəman ananın qoçaqlığı, şücaəti, döyüşkənliyi və mücahid yetişdirməsi idi. Onun dilində İmam Əlinin (ə) fəryadı və əlində də İmam Hüseynin (ə) qılıncı var idi!

YARALILARA TİBBİ YARDIM GÖSTƏRƏN ŞÜCAƏTLİ QADINLAR


Cihad bə`zi məsələlərə görə qadınlara vacib olmasa da, cəbhədə döyüşçülərə kömək etmək, məsələn; yaralıları daşımaq, onların yaralarını sarımaq, su vermək kimi işləri yerinə yetirmək, onların bacardıqları xidmətlərdəndir. Bu yolla onlar cihadda iştirak edə bilərlər. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirək:

a) “Ümmü Sənan Əsləmiyyə” dilavər qadınlardan biri idi. O istəyirdi ki, həmişə İslam döyüşçüləri ilə birlikdə düşmənlə döyüşsün. Xeybər döyüşü zamanı Həzrət Rəsulullahın (s) hüzuruna gələrək ərz edir: “Çox istəyirəm sizinlə hərəkət edib yaralılara tibbi yardım göstərim, mücahidlərə kömək edim, onların əşyalarını qoruyum və susuzlara su verim”.

Peyğəmbər (s) ona icazə verir və buyurur: “Həyat yoldaşım Ümmü Sələmə ilə birlikdə gəlin”. O çox sevinərək bu işi yerinə yetirir.80

b) “Ümmü Əmmarə” də (yuxarıda qeyd olunduğu kimi) İslam döyüşçülərinə kömək etmək üçün cəbhəyə gedərdi.

v) İmam Baqir (ə) buyurur: “Ühüd savaşında İmam Əli (ə) altımış yerdən yara almışdı. Peyğəmbər (s) “Ümmü Səlim” və “Ümmü Ətiyyə” adlı iki qadına İmam Əlinin (ə) bədənindəki yaralara dərman qoyub bağlamağı tapşırdı. Onlar yaraları bağlayarkən gördülər ki, yaraların çoxluğundan onları bağlamaq mümkün deyil. Çünki hər bir yaranı bağladıqda, onun yanında başqa bir yara görünürdü. Əhvalatı Peyğəmbərə (s) xəbər verdilər.81

q) Müfəzzəl deyir ki, İmam Sadiq (ə) buyurdu: “Həzrət İmam Mehdi (ə) ilə birlikdə on üç qadın da vardır”.

Ərz etdim: “Nə üçün?”

Buyurdu: “Həzrət Rəsulullah (s) dövründə olduğu kimi bu qadınlar, yaralıları müalicə edib, xəstələrə tibbi yardım göstərərlər”.82

d) Həzrət Rəsulullahın (s) zamanındakı döyüşlərin çoxunda yaralılara tibbi yardım göstərməkdə, daşımaqda, onlara su verməkdə yaxından iştirak edən qadınlardan biri də Muəvvəz ibn Əfva`nın qızı Rəbiə idi.83

QADINLARIN SİYASİ İŞLƏRDƏ İŞTİRAK ETMƏSİ


Hicrətin səkkizinci ilində Məkkə İslam döyüşçülərinin, Allah Peyğəmbərinin (s) və İmam Əlinin (ə) əli ilə fəth edilərək müsəlmanların ixtiyarına keçdi. Kafirlər təslim oldular və Peyğəmbərin (s) hüzuruna gəlib o Həzrətə (s) bey`ət etdilər. Bu arada şücaətli və qəhrəman bir qadın, Əkrəmə ibn Əbi Cəhlin həyat yoldaşı “Ümmü Həkim” İslam dinini qəbul edəndən sonra bir dəstə qadınla Peyğəmbərin (s) hüzuruna gəldi. Ümmü Həkim Həzrətdən (s) soruşdu: “Allahın fərmanı “mə`ruf”dan84 məqsəd nədir? Bizə də ona riayət etmək sifariş olunub”.

Peyğəmbər (s) (“mə`ruf”un bir neçə aydın nümunəsinə işarə edib) buyurdu: “Məqsəd budur ki, qadınlar (acı hadisələr üz verəndə) sifətlərinə əlləri ilə xəsarət yetirməsinlər, üzlərinə vurmasınlar, saçlarını yolmasınlar, qara paltar geyinməsinlər, uca səslə nalə edib fəryad qoparmasınlar, öz kişilərini küfrə təhrik etməsinlər”.85

Bu qadınlar bey`ət üçün gəldikləri zaman Allah tərəfindən “Mumtəhinə” surəsinin 11-ci ayəsi nazil oldu. Ayədə qadınların bey`əti üçün altı şərt zikr olunur və belə buyurulur: “Ey Peyğəmbər! İmanlı qadınlar sənin yanına bey`ət üçün gəldikləri zaman,

1. Allaha şərik qoşmasınlar;

2. Oğurluq etməsinlər;

3. Zina etməsinlər;

4. Öz övladlarını öldürməsinlər;

5. Bir kəsə böhtan atmasınlar;

6. Yaxşı işlərdə sənə itaətsizlik göstərməsinlər.

Bunlara əsasən onların bey`ətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Allah bağışlayan və mehribandır!”

Qadınlar bey`ət üçün hazır olanda Ümmü Həkim soruşdu: “Necə bey`ət edək?” Peyğəmbər (s) buyurdu: “Mən heç vaxt qadınlarla əllə görüşməyəcəyəm”.

Sonra bir qab istədi. Qabı gətirdilər və ona su tökdülər. Həzrət (s) əlini onun içinə saldı və çıxartdı. Bu zaman buyurdu: “Ey qadınlar! Siz də öz əllərinizi bu suya vurun”.86

Belə nəticə alırıq ki, Həzrət Peyğəmbərin (s) dövründəki nümunəvi qadınlar O Həzrətin (s) məktəbinin şagirdləri kimi siyasi bir işdə, yə`ni bey`ətdə iştirak etdilər, arxa cəbhədə yaralılara tibbi yardım göstərmək üçün daim hazır olur, yaxın adamlarının şəhid olmalarını həmişə iftixar bilir və bu yolda Allaha xatir olduğu üçün müqavimətli idilər. Əgər onların ərləri şəhid olsaydı, digər həyat yoldaşı seçməyi özlərinə ar bilməzdilər. Hənzələnin həyat yoldaşı Cəmilənin əhvalatında işarə olunduğu kimi, onlar hətta ərlərindən sonra öz övladlarını da cəbhəyə göndərməyə hazır idilər.

Zeyd ibn Asimin həyat yoldaşı Ümmü Əmmarənin (Nəsibənin) sərgüzəştində deyilir ki, o, Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra düşmənin qarşısını almaq və Peyğəmbərlə (s) daim səhnədə qalmaq üçün Mədinə müsəlmanlarının Həzrətlə (s) bağladığı möhkəm peyman kimi tanınmış “Əqəbə bey`əti”ndə iştirak etdi. Peyğəmbər (s) buyurdu: “Bu iki qadının beyətini qəbul etdim. Mənim bunu qəbul etməyim, onlar üçün kifayət edər. Çünki mən (bey`ətdə) qadınlarla əl görüşmürəm”.87



Yüklə 3,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin