Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди


SƏBİR QƏHRƏMANI İKİ QADINDAN BİR DƏRS



Yüklə 2,79 Mb.
səhifə103/111
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#11167
1   ...   99   100   101   102   103   104   105   106   ...   111

SƏBİR QƏHRƏMANI İKİ QADINDAN BİR DƏRS


1- İmam Sadiq (ə) buyurdu: “Allah-təala Davud Peyğəmbərə (ə) vəhy etdi ki, get Ovsun qızı Xəlavəyə behişt müjdəsi ver. Ona behiştdə səninlə bir yerdə olacağını çatdır”.

Həzrət Davud (ə) o qadının evinə gedərək qapısını döydü. Qadın çölə çıxanda Davudu (ə) görüb dedi: “Mənim haqqımda vəhy nazil olubmu ki, qapıma gəlmisən?”

Davud (ə) buyurdu: “Bəli”.

Qadın dedi: “O nə barədədir?”

Davud (ə) buyurdu: “O İlahi vəhy sənin fəzilətin barəsindədir”.

Qadın dedi: “O mən deyiləm. Bəlkə adı mənim adıma oxşar qadın olsun. Mən buna layiq deyiləm”.

Davud (ə) buyurdu: “O qadın sənsən”.

O dedi: “And olsun Allaha! Özümdə məni buna müvəffəq edən bir əməl görmürəm”.

Həzrət Davud (ə) ona buyurdu: “Öz həyatından mənə bir az danış”.

O qadın dedi: “Mənə hər bir dərd, bəla və ziyan dəyəndə səbir etdim və indi də səbir edirəm. Hətta Allahdan istəmədim ki, onu məndən uzaqlaşdırsın. Əgər özü məsləhət bilsə, onu uzaqlaşdırar. Səbir etməyim üçün savab istəmədim və həmişə Allaha şükr etdim”.

Davud (ə) ona buyurdu: “Elə buna görə həmin məqama çatmısan (ki, mənimlə behiştdə bir yerdə olacaqsan)”.

İmam Sadiq (ə) bu əhvalatların nəqlindən sonra buyurdu: “Bu bir dindir ki, Allah onu saleh bəndələri üçün istəmişdir”.211


2- “Ümmü Əqil” adlı qadın səhrada yaşayırdı. Bir gün onun yanına iki qonaq gəldi. Bu zaman qadının oğlu Əqil mənzildən çöldə, dəvələrin yanında idi. Birdən qadına xəbər verdilər ki, dəvələr hürkəndə oğlun aralıqda qalaraq ölüb. Ümmü Əqil ona xəbər gətirəndən qonaqları qəbul etmək üçün kömək istədi və ona bir qoyun verdi. O da qoyunu kəsib ətini ayırdı. Ümmü Əqil bu ətdən qonaqlar üçün ləziz yemək bişirib onların qabağına qoydu. Qonaqlar yemək yeyəndə əhvalatdan xəbərdar oldular. Onlar Ümmü Əqilin səbirinə, dözümünə və ruhiyyəsinə təəccüb etdilər ki, o, bu müddətdə oğlunun ölməsini bildirməyib. Qonaqlar gedəndən sonra Ümmü Əqil müsəlmanlardan bir dəstəsinin yanına gələrək dedi: “Sizin aranızda Qur`andan agahlığı olan bir şəxs varmı mənə Qur`an ayəsi ilə təsəlli versin?”

Bir şəxs bəli deyərək bu ayələri oxudu: “Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq”-deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır”.212

Ümmü Əqil onlarla vidalaşıb getdi və dəstəmaz alıb namaz qılmağa başladı. Sonra əlini dua etmək üçün qaldırdı və ərz etdi: “Ya Rəbbim! Səbir barəsində verdiyin fərmana əməl etdim. İndi isə verdiyin və`dəni (mükafatı) mənə çatdır”.

“Əgər oğlum olsaydı, filan ehtiyacımı yerinə yetirərdi” sözləri zehnindən keçəndə, deyirdi: “Allah ümməti üçün Məhəmmədi (s) əbədi (yadigar) etmişdir. (Məhəmməd (s) varımızdırsa, nə qəm varımızdır)”.213

Sə`di deyib:

Qəmi varmı arxası möhkəm olanın,



Nuhun qorxusu yox düşsə tufana.

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin