8-Rəhman Allah;
Hər şeydən öncə bizim hamımız Allahın hüzurundayıq və O bizim əməllərimizə şahiddir. “Yunus” surəsinin 61-ci ayəsində buyurulur: “Siz nə iş görsəniz, Biz ona şahidik”.
Tanınmış təfsir alimi Əllamə Bursəvi, bu gözətçilər barəsində bir neçə məqamı bəyan etdikdən sonra deyir: “Ey günahkar! Bütün bu gözətçilər və şahidlər barədə nə düşünürsən və nə edəcəksən?”
Bəli, bu, bizim böyük Allah qarşısındakı vəziyyətimizdir. Əlbəttə gərək naümid olmayaq. Çünki Allahın rəhməti qəzəbindən böyükdür. Nə qədər ki, möhlət verilib, gərək ondan istifadə edərək məs`uliyyət hiss edib, vəzifəmizi yaxşı yerinə yetirək və tövbə suyu ilə öz günahlarımızı yuyaq. Çünki Allah-təala buyurub: “Əgər Mənim bəndəm bir saat Mənə hüsni-zənn (yaxşı güman) etsə, onu Cəhənnəm odu ilə qorxutmaram”.220
Belə halda şübhəsiz, bu gözətçilərin yanında üzüağ olarıq. Gərək heç vaxt Allahın rəhmətinə sui-zənndə (pis gümanda) olmayaq. Bu, böyük günahlardan sayılır. Bu göstərişləri və əməlləri yerinə yetirməklə qadınlar da çətinlikdən nicat taparlar.
Ümidvarıq ki, qadınları çətinlikdən və acı hadisələrdən qurtarmaq üçün xeyirxahlıq və məs`uliyyət hissi ilə yazılmış bu kitab, onların həyatında müsbət rol oynayan bir əsər olacaq.
Dostları ilə paylaş: |