QADIN QUR’ANDA
Allah-təala Qur`anda qadınlar barəsində “Nisa” adlı (“Qadınlar” surəsi) bir surə nazil edib. Burada qadınların hüququ, evlənmə, iffət, idarəetmə, ailə saxlamaq və cəmiyyətin ilkin bünövrəsini yaxşı qurmaq, yə`ni ailə mühiti, ər-arvad və cəmiyyətin digər üzvlərinin bir-birləri qarşısında olan hüquq və vəzifələri barəsində qanunlara riayət etməyə aid lazımi hökmlər verilib. Qur`anın digər surələrindəki ayələrdə də həmçinin, bu mövzuda çoxlu göstərişlər qeyd edilir. Qərblilər çoxarvadlılıq barədə dəhşətlə danışsalar da, özləri (qeyri-qanuni və qeyri-insani yolla) bir neçə qadına sahib olurlar. Amma Qur`an bu barədə aşkar şəkildə buyurur: «Əgər ədalətə riayət etməkdən qorxursunuzsa, bir qadınla kifayətlənin».
Rəvayətdə nəql olunur ki, Peyğəmbərin (s) zövcələrindən biri Ümmü Sələmə O Həzrətdən (s) soruşdu: «Qur`anda kişilərin hicrət və fədakarlığından çox bəhs olunub, ancaq qadınlar barəsində hicrətdən heç bir söz eşitməmişəm».
Bu zaman «Ali-İmran» surəsinin 195-ci ayəsi nazil oldu.7 Ayənin tərcüməsi belədir: «Allah onların (düşüncə sahiblərinin) dualarını qəbul etdi və (buyurdu) – istər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz hamınız həmnöv və bir–birinizdənsiniz. And içirəm ki, hicrət edənlərin, öz yurdlarından çıxanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarını bağışlayacam və onları ağacları altından çaylar axan behiştlərə daxil edəcəm. Bu, Allah tərəfindən bir mükafatdır və ən yaxşı mükafat Allah yanındadır».
Bə`zi rəvayətlərdə yuxarıdakı ayənin Fəvatim barəsində, yə`ni Fatimə binti Əsəd (s), Fatimeyi Zəhra (s), Zübeyr qızı Fatimə, Ümmü Əymən və bir neçə digər şəxslərin haqqında nazil olunduğu bildirilir. Həzrət Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra onlar da Məkkədən hicrət edib özlərini Mədinədə Peyğəmbərə (s) çatdırdılar. Belə nəticə alırıq ki, İslamda qadın kişi ilə eyni səviyyədə və eyni şəxsiyyətə malikdir. Hicrət etmək, haqqın müdafiəsi, döyüşçülərə kömək etmək kimi mühüm işləri onlara tapşırmaq olar və onlar böyük mə`nəvi mükafatlara nail olarlar. Zövcələrin çoxluğu, ona (qadına) kömək və himayədir, nəinki onun şəxsiyyətini sındırmaq. Misal üçün, müharibələrin artması nəticəsində qadınların başsız qalıb, nəticədə yollarını azması təhlükəsi yarana bilər. Lakin çoxsaylı evlənmələrə icazə vermək qadın cinsinə xidmət etməklə yanaşı, qadını ləkələnməkdən qoruyur.
Dostları ilə paylaş: |