Qəhrəmanlıq göstərmiş qadınlar arasında, gərək heç vaxt İslam Peyğəmbərinin (s), Həzrət Əlidən (ə) tutmuş Həzrət Məhdiyə (ə.c.) qədər mə`sum imamların anaları unudulmasın. Onlar belə bir üstün şəxsiyyətlərin anası olmağa layiq görülmüşlər. İslam Peyğəmbəri (s), Fatimə (ə) və on iki imamlar (ə) kimi mə`sumlar onların verdiyi pak və fəzilətli tərbiyələri ilə böyüyüb boya-başa çatmışlar. Biz bu kitabda nümunəvi qadınlar barəsində qısa şəkildə bir neçə cümləni qeyd edib, onların mə`rifət və əxlaqından bir neçə nöqtəni zikr etməklə, bizə verdiyi mə`nəvi dərslərdən bəhrələnəcəyik.