Şəhidi-Əvvəl (fiqh kitabı “Lüm`ə”nin müəllifi) kimi tanınmış Şəmsuddinin (876-cı hicri qəməri ilində vəfat edib) həyat yoldaşı Ümmü Əli müctəhidə və pərhizkar qadınlardan idi. Şəhidi-Əvvəl onu tə`rifləyər və qadınlara, dini məsələləri öyrənmək üçün ona müraciət etmələrini tapşırardı. Onun Rəziyuddin (Məhəmməd), Ziyauddin (Əli) və Cəmaluddin (Həsən) kimi müctəhid oğlanları bu qadının tə`lim-tərbiyəsi ilə boya-başa çatmışdılar. Onun Fatimə (Ümmül-Həsən) adlı bir qızı da var idi. O da ata-anasının yolunu getmiş, elm və təqvada, ictihad və pərhizkarlığın sərhəddinə kimi çatmışdı. Şəhidi-Əvvəlin göstərişiylə qadınlar din elmlərini ondan öyrənərdilər. O, Şəhidi-Əvvəlin tapşırığı ilə öhdəsinə qoyulmuş şagirdləri yetişdirməkdə elə bir həddə çatdı ki, onu “Sittul-Məşayix” (hədis ustadlarının Xanımı) çağırardılar.188