2-Qızların və qadınların ailə qurması
Qız həddi-büluğa çatanda oğlanlar kimi evlənmək onun üçün də təbii olur. Bundan imtina etmək axar suyun əksinə üzmək kimi bir işdir. Bu, təkcə onun inkişafının qarşısını almaqla nəticələnmir, onu süquta uğradır. Xülasə, ailə qurmaq məsələsində qadının hüququna kamil şəkildə riayət olunmalıdır. Hər şeydən mühüm budur ki, evlənmək məsələsində toyu çətinləşdirmək, bərbəzəkli keçirmək, boş və mə`nasız xərclərə yol vermək kimi lazımsız əməlləri hər iki tərəf aradan qaldırmalıdır. Toy İslamın ilk vaxtlarındakı kimi çox sadə keçirilməlidir ki, hər iki tərəfdən heç kəs məşəqqətə düçar olmasın. Kişi azad olduğu kimi qız və qadınlar da özlərinə həyat yoldaşı seçməkdə azaddırlar. Belə işlərdə gərək qız və qadının şəxsiyyəti sınmasın. İki həyat yoldaşının razılığı və mehriban olmaları üçün gərək lazım olan tədbirlər görülsün. Bir sözlə, əgər kişi ilə qadının İslami hüquqlarına riayət olunsa, bir çox problemlər öz düzgün həllini tapacaq.
Həzrət Peyğəmbər (s) buyurub: “İslamda Allah yanında evlənmək kimi sevimli heç bir əməl yoxdur”.195
İmam Sadiq (ə) buyurub: “Evlənməkdə əsas götürülən ölçü iffət və namuslu olmaqdır.196
Həzrət Peyğəmbər (s) buyurub: “Qızınız üçün elçi gələnin yaxşı əxlaqı və dinindən razı qalsanız, ona müsbət cavab verin. Əgər belə etməsəniz, böyük bir fitnə-fəsad bərpa olacaq”.197
Əlbəttə, oğlanın razılığı lazım olduğu kimi, gərək qızın da razılığına kamil şəkildə riayət olunsun. İndi isə bu əhvalata diqqət yetirin:
Peyğəmbərin dövrü idi. Cavan bir qızın atası, məsləhətləşmədən onun ailə qurması üçün toy tədarükü gördü. Cavan qız Peyğəmbərin (s) hüzuruna gdərək atasının bu əməlinə şiddətlə e`tiraz etdi. Peyğəmbər (s) o kişini hüzuruna çağırıb danladı və bu növ ailə qurmanı batil saydı. Qız Peyğəmbərin (s) və sonra da qohum-əqrəbasının yanına getdi və dedi: “Mən həqiqətdə bu evlənməyə razı idim. Ancaq istəyirdim qızlar başa düşsünlər ki, atalarının qızlarını ərə verməkdə tam ixtiyarları yoxdur”.198
Cuvəybir adlı şəxsə (yoxsul qara zənci oğlana) ərə getməyə razılıq verən qız - “Zəlfa”nın əhvalatı - hamıya mə`lumdur və qızlar üçün yaxşı bir dərsdir. Bu əhvalat da Həzrət Peyğəmbərin (s) zamanında baş verib.
Dostları ilə paylaş: |