Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди



Yüklə 2,79 Mb.
səhifə1/111
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#11167
  1   2   3   4   5   6   7   8   9   ...   111

Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi.

İmam Əli (ə) buyurur: «Fitnə və imtahan dəryalarının nəhəng dağ kimi dalğalarını (iman, təvəkkül, müqavimət, birlik, Qur`andan bəhrələnmək və haqq fərmanı müqabilində təslim olmaqla) nicat gəmisi ilə yarıb, irəli gedin».



ÖN SÖZ


Bu kitabı bəsirətlə mütaliə etmək üçün müqəddimədəki iki mətləbə diqqət etməyiniz lazımdır.
1. Qadınlar, insan cəmiyyətinin bir qismidir.

İslamda insan mövzusunu təhlil etdikdə, bu təhlil kişi ilə qadına eyni dərəcədə şamil edilir. Dinimizdə kişilər kimi qadınlar da insan cəmiyyətinin bir hissəsi hesab olunurlar. Əgər insan cəmiyyətini bir quşa bənzətsək, bu quşun iki qanadının birinin kişilər, digərinin isə qadınlar olduğunu deyə bilərik. Məlumdur ki, quş yalnız iki qanadı olduğu halda uçub öz məqsədinə çata bilər. Qur`an ayələri və İslam rəvayətlərində kişi ilə qadının çiyin-çiyinə, bir cərgədə olması haqda çox sözlər var. Nümunə üçün sizin diqqətinizi onlardan bir neçəsinə cəlb edirik: «Mö’min olub yaxşı işlər görən kişi və qadına (dünya və axirətdə) firavan həyat bəxş edəcəyik».1

Bu ayədən aydın olur ki, firavan həyat (hər iki dünyada, hər cəhətdən kamil olan həyat) kişi ilə qadının yaxşı əməllərinin və imanlarının nurundan vücuda gəlir. Kişi və qadının firavan həyat qurmaq imkanlarına görə, bir-birlərindən heç bir fərqləri yoxdur. Nəhcül-bəlağədə, 31-ci məktubda, Əmirəl-mö`minin (ə) İmam Həsənə (ə) vəsiyyətnaməsinin axırıncı hissəsində buyurur:

«Qadına gücündən artıq (iş) yükləmə. Çünki qadın (qüdrətli) pəhləvan kimi deyil gül şaxəsi kimidir.. Ləyaqəti çatdığı qədər ona ehtiram et, lazımsız yerə izhar edib (bədgümanlıq əlaməti olaraq) qeyrətlənməkdən uzaq ol. Çünki e`timadsızlıq və bədgümanlıq qadınları iffətsizliyə, günahsızları günaha sövq edir».2


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin