Təbiidir ki, əgər böyük dövlətlərin müdaxiləsi olsa, uzun sürən müharibələrdə çoxlu ziyanlar, didərginlər olacaq, bir çox evlər viran qalacaq, şəhidlər, yaralılar, əlillər və sair yaranacaq. Bu çətinlikləri aradan qaldırmaq üçün bütün qüvvələrin səfərbər olunmasından və zərər çəkmişlərə nicat verməyə tələsməkdən əlavə, güclü ruhiyyə, səbir, inqilabçı dözümü, nigaranlıqdan uzaqlıq kimi insanı təhlükələrdən saxlamaq üçün gərəkli olan köməklər lazımdır. Bu ruhiyyə təvəkkül, ixlas, iman və Haqqın insan üçün tə`yin etdiyi taleyin müqabilində təslim olmaq sayəsində əldə edilir. Qur`an ayələri, hədislər, İmam Əlinin (ə) Nəhcül-bəlağədəki kəlamları və mə`sum imamların (ə) sözləri insana bu cür hadisələrdə yaxşı köməkçi və munisdir.
Həm Peyğəmbər (s) və həm də İmam Sadiq (ə) buyurublar: “Hər bir imanlı insan bəlaya düçar olanda, onun qarşısında səbirli və dözümlü olsa, Allah ona min şəhidin savabını (mükafatını) verər”.206
İmam Sadiq (ə) deyib: “Şükür etmək kimi heç bir şey ne`məti artırmaz və səbir kimi heç bir şey bəlanı azaltmaz”.207
Cabir İmam Sadiqdən (ə) soruşdu: “Səbire cəmil” nədir?
İmam (ə) buyurdu: “Şikayət olunmayan səbir (yə`ni dözəndə, səbir edəndə daha şikayət etməyəsən)”.208
İmam Sadiq (ə) buyurub: “Nə çox olur ki, bir saat səbir uzun müddətli xoşbəxtliyə və nə çox da olur ki, bir saatlıq ləzzət uzun müddətli qəm-qüssəyə səbəb olur”.209
Həzrət Rəsulullah (s) buyurur: “Səbir üç hissədən ibarətdir:
1. Günah qarşısında səbir.
2. İtaət yolundakı səbir.
3. Giriftarçılığın və acı hadisələrin qarşısında səbir.
Hər kəs günah qarşısında səbir etsə, səbirin sayəsində günah ondan uzaqlaşana qədər Allah onun üçün yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə fasiləsi yerlə göy arası qədər olar. Hər kəs Allaha itaət etmək yolunda səbir etsə və dözsə, Allah onun üçün altı yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə məsafəsi yerin dibindən ərşə qədər olar. Hər kəs giriftarçılığın və acı hadisələrin müqabilində səbir etsə, Allah onun üçün doqquz yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə fasiləsi, yerin axırıncı nöqtəsindən ərşin axırıncı nöqtəsinə qədər olar”.210
Şübhəsiz, əgər müsəlmanlar bu haqq sözlərin sayəsində tərbiyə olunsalar, güclü və sarsılmaz ruhiyyə ilə özlərini hər cür hadisələrə öyrədər və inkişaf edə bilərlər.
Dostları ilə paylaş: |