DÖRD ŞƏHİD ANASI ÜMMÜL-BƏNİNDƏN BİR XATİRƏ
İmam Əlinin (ə) dərrakəli həyat yoldaşı Hizam ibn Xalidin qızı Ümmül-Bənin bəni-Kilab qəbiləsinin şücaətli bir ailəsindən idi. İmam Əlinin (ə) qardaşı Əqil, o Həzrət (ə) üçün elçilik etdi. Onun adı Fatimə idi. İmam Əlidən (ə) Həzrət Abbas (ə), Əbdullah, Cəfər və Osman adlı dörd övlad sahibi olanda ona “Ümmül-bənin” (oğullar anası) deyirdilər. Bu ana qəhrəman oğullar, igid övladlar yetişdirdi. Tarixdə igidlik göstərmiş Həzrət Abbas (ə) onun tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun oğlanlarının hamısı Kərbəlada şəhid oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbiidir ki, qəlbi yandı və xüsusən oğlu Abbas (ə) üçün göz yaşı axıtdı. Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir şe`r dedi:
“Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs! Əlinin (ə) övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər. Eşitmişəm ki, oğlum Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud vurub yarıblar. Əgər oğlumun əli olsaydı, kim döyüşmək üçün cür`ət edib ona yaxınlaşa bilərdi?”
Bəşir Mədinəyə gəlib Kərbəla xəbərlərini məsciddə camaata deyirdi, Ümmül-Bənin adamların arasından qabağa gəldi. Onun Bəşirə dediyi ilk sözü bu idi: “İmam Hüseyndən (ə) mənə xəbər ver. Oğlanlarım və səma altındakıların hamısı Hüseynə (ə) fəda olsun”.
Bəşirdən İmam Hüseynin (ə) şəhid olmasını eşidəndə naləsi ucaldı və dedi: “Qəlbimin damarlarını qırdın”.
Onun İmam Hüseynə (ə) olan bu məhəbbəti, mə`nəviyyatının kamilliyinə bir dəlildir ki, rəhbəri yolunda övladlarının göstərdiyi bütün fədakarlığını unutdu və təkcə rəhbərindən söz açdı.
Beşinci fəsil
Dostları ilə paylaş: |