İMAM HÜSEYNİN (Ə) ŞƏHRƏBANU İLƏ EVLƏNMƏSİ BARƏDƏ İMAM BAQİRİN (Ə) BUYURDUĞU SÖZLƏR
İmam Məhəmməd Baqir (ə) buyurur: “Yəzdgirdin qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin qızları onun tamaşasına düzülmüşdülər. O, məscidə daxil olanda məscid onun nurundan işıqlandı (yəni məsciddə olanlar onu görəndə sevindi və heyrətə gəldilər). Ömər ona baxanda, üzünü gizlətdi və farsca dedi: “Vay! Hörmüzün ruzigarı qara gəldi”.
Ömər (farsca bilmədiyi üçün) dedi: “Bu qız məni söyür?”
Sonra onu satmaq qərarına gəldi. Əmirəl-mö`minin Əli (ə) Ömərə buyurdu: “Sənin buna haqqın yoxdur. Seçmək ixtiyarını öz öhdəsinə qoy. Hər kimi bəyənsə, mehriyyəsini həmin şəxsin beytül-maldakı payından hesabla”.
Ömər Əlinin (ə) təklifini bəyəndi və seçmək ixtiyarını Şəhrəbanunun öhdəsinə qoydu. Şəhrəbanu qabağa gəldi və əlin İmam Hüseynin (ə) çiyninə qoydu. İmam Əli (ə) ona buyurdu: “Adın nədir?”
O cavab verdi: “Cahanşah”.
Həzrət Əli (ə) buyurdu: “Sənin adın Şəhrəbanuvəyh olsun!”
Sonra İmam Hüseynə (ə) buyurdu: “Ey Hüseyn! Şübhəsiz, bu qızdan sənin üçün yer üzünün ən yaxşı insanı dünyaya gələcək”.150
Dostları ilə paylaş: |