Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди


-İmam Sadiqin (ə) anası Ümmü Fərvə



Yüklə 2,79 Mb.
səhifə71/111
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#11167
1   ...   67   68   69   70   71   72   73   74   ...   111

6-İmam Sadiqin (ə) anası Ümmü Fərvə


Həzrət İmam Sadiqin (ə) əziz anası, Fatimə adlı möhtərəm qadın Ümmü Fərvə kimi tanınırdı. Ümmü Fərvə İmam Səccadın (ə) xalası oğlu Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı idi. O, tanınmış şiə fəqihi və İmam Səccada (ə) ən yaxın səhabədən sayılırdı. İmam Sadiq (ə) də onu İmam Səccadın (ə) daha e`tibarlı və e`timadlı səhabəsi kimi yad edirdi. Əhli-sünnə tarixçiləri onu “Tabein seyyidlər”indən və İmam Səccadın (ə) dövründəki “yeddi fəqihlər”dən biri kimi qeyd edirdilər. O hicri 101, ya 102, ya 108 və ya 112-ci ildə 72 yaşında Mədinədə vəfat etdi.152

Bir gün İmam Rzanın (ə) hüzurunda Qasim ibn Məhəmməd ibn Əbu Bəkr və Səid ibn Musəyyibdən (bunların hər ikisi öz əsrinin tanınmış və üstün fəqihlərindən idi) söz açıldı. Həzrət (ə) buyurdu: “Bu iki nəfər şiə idilər”.153

İmam Sadiqin (ə) anası Ümmü Fərvə belə bir şəxsin qızı idi. Onun şə`ni və məqamına İmam Sadiqin (ə) buyurduğu sözlər kifayətdir: “Anam imanlı, pərhizkar və yaxşı əməl sahibi olan qadın idi. Allah yaxşı əməl edənləri çox sevər”.

Sonra buyurur, “anam nəql edir ki, atam (İmam Baqir (ə)) ona buyurdu: “Ey Ümmü Fərvə! Mən hər gecə-gündüz Allah dərgahından şiələrim üçün min dəfə məğfirət diləyirəm. Çünki bizə müsibət və bəla gələndə, Allahın onu müşahidə etdiyini yəqin edib və agah olub, səbir edirik. Ancaq bizim şiələrimizin belə bir elm və yəqinliyi olmadığı halda səbir edirlər”.154

Görkəmli hədis alimi Məs`udi, “Mürucuz-zəhəb”də rəvayət edir: “Ümmü Fərvə öz əsrinin bütün qadınlarından daha pərhizkarı idi”.

O pərhizkar olmaqdan əlavə, o qədər dəyərli məqama malik idi ki, onun oğlu İmam Sadiqi (ə) “İbnul-Mukərrəmə” (Möhtərəm qadının oğlu) kimi xatırlayırdılar.155

Nəql olunur ki, bir gün Ümmü Fərvə Kə`bənin kənarında təvafla məşğul idi. Həcərul-əsvədin yanına gəldi və onu sol əllə məsh etdi. Oradakılardan biri (zahirən əhli-sünnə fəqihlərindən idi) ona dedi: “Ey Allahın kənizi! Sünnəti yerinə yetirəndə səhvə yol verdin” (Yə`ni sol əllə “Həcərul-əsvədi” məsh etdin).

Ümmü Fərvə ona belə cavab verdi: “Bizim sənin elminə ehtiyacımız yoxdur”.156

Səriştəli alim, mühəddis Qumi bu cümlələri nəql etdikdən sonra deyir: “E`tiraz edən zahirən əhli-sünnə fəqihlərindən idi. Ümmü Fərvənin əri İmam Baqir (ə), qaynatası İmam Səccad (ə), övladı hikmət mə`dəni və elmin qaynar bulağı olan İmam Sadiq (ə), öz atası (Qasim) böyük fəqih şəxslərdən və İmam Səccadın (ə) e`timadlı şagirdlərindən biri olduğu halda, onların elm və fiqhlərindən necə də ehtiyacsız olmasın?”157


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin