7-İmam Kazimin (ə) əziz anası Humeydə
İmam Musa Kazimin (ə) əziz anası Humeydə Məğrib (Afrika və Əndəlos tərəflərindən olan) mühacirlərindən idi. İmam Baqir (ə) oğlu İmam Sadiqin (ə) onunla evlənəcəyi ərəfədə o xanıma buyurdu: “Adın nədir?”
Ərz etdi: “Humeydə”.
İmam (ə) ona buyurdu: “Sən dünyada mədh olunmuş, axirətdə isə bəyənilmisən”.
Sonra isə İmam Sadiqə (ə) buyurdu: “Bu qızı həyat yoldaşın olması üçün özünlə apar”.
İmam Sadiq (ə) həyat yoldaşı Humeydənin (İmam Kazimin (ə) anasının) şə`ninə buyurub: “Humeydə çirkinliklərdən və qatqılardan saf qızıl külçəsi tək pakdır. Allahın mənə və məndən sonrakı höccətə bəxş etdiyi kəramətə xatir, mələklər onu mənə qovuşanadək daim qorudular”.158
Humeydə savadlı və hədis bilən bir qadın idi. O e`timadlı rəvayətçi kimi bə`zən İmam Sadiqdən (ə) eşitdiyi rəvayətləri nəql edirdi. Əbu Bəsir deyir ki, İmam Sadiq (ə) şəhid olandan sonra onun yanına getdim və başsağlığı dedim. O ağladı və mən də ağladım. O dedi: “Əgər İmam Sadiq (ə) vəfat edən zaman hüzurunda olsaydın, təəccüblü bir mənzərəni müşahidə edərdin. O Həzrət (ə) son anlarında gözünü açdı və buyurdu: “Bütün yaxın adamlarımı buraya topla”.
Hamını çağırdım. O Həzrət (ə) onlara nəzər saldı və buyurdu: “Şübhəsiz bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaq”.
İmam Kazim (ə) Əbva` kəndində (Məkkə ilə Mədinə arasında yerləşir və Peyğəmbərin (s) anası Həzrət Amənənin (ə) qəbri oradadır) dünyaya göz açdı. Həzrətin (ə) ata-anası (İmam Sadiq (ə) və Humeydə) həcc mərasimini yerinə yetirmək üçün dostları ilə birlikdə Mədinədən Məkkəyə gedəndə yolda İmam Kazimin (ə) dünyaya gəlməsi kəramətlər və təəccüblü hadisələrlə baş verdi. Bu barədə hədislərdə və tarixdə nəql olunub.159
Dostları ilə paylaş: |