İMAM HADİNİN (Ə) NƏRGİZƏ (Ə) MÜJDƏSİ
İmam Hadi (ə) üzünü Nərgizə tutaraq dedi: “Müjdə olsun sənə, dünya zülmə qərq olduqdan sonra onu başdan-başa ədalət dolu hökumət nuru ilə dolduracaq bir övladla!”
Bəli, belə pak və ağıllı bir qız, şahların çirkin həyat tərzi ilə dolu sarayından xilas olaraq, anasının cəddi (ulu babası) Şəm`unun yolunu getdi və həmin müqəddəs əqidə və hədəfi davam etdirdi. Allah da ona bu işdə yardım etdi. Sonra o, İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı və Həzrət İmam Zamanın (ə) anası olmaq ləyaqət və iftixarına nail oldu. İmam Hadinin (ə) bacısı onu Seyyidə (Xanım) kimi çağırardı. Bu xoş səadətli qadın hicri 261-ci ildə, bə`zi rəvayətlərə əsasən İmam Həsən Əsgəridən (ə) qabaq dünyadan getdi. Onun qəbri Samirra şəhərində İmam Həsən Əsgərinin (ə) məzarının yanındadır.186 Bu qadının iste`dad və ləyaqəti onun şəxsiyyətini elə bir məqama çatdırdı ki, bəşəriyyət aləminə nicat verən Ali Məhəmmədin (s) Qaimi (ə) onun tə`lim-tərbiyəsi ilə böyüdü.
Dostları ilə paylaş: |