Qadın kimdir və tarix dünyada necə qadınların olduğunun şahididir. Biz də İslamın necə qadınlar yetişdirdiyini görmüşük.
İslam tərbiyəsi almış bu qadınlar qan, can verməklə, küçələrdə yürüşlər edərək bu hərəkatı qələbəyə çatdırdılar. Bu hərəkat qadınların sayəsində qələbə qazandı. Çünki kişilər küçələrdə yürüş edəndə, qadınlar onları bu işə sövq edirdilər. Qadın elə bir məxluqdur ki, məhv olunmayan (İlahi) bir qüdrətlə şeytani qüdrəti aradan apara bilər. Həmin bu qadını Rzaxan və oğlunun dövründə öz məqamından aşağı səviyyəyə endirmişdilər. Ey möhtərəm qadınlar! Bu cür şeytanlara aldanmayın. Bunlar sizləri pozğunluq bataqlığına çəkmək istəyirlər. Bunlar hiyləgərlik yolundadırlar. İslam dini isə sizin üçün xoş səadət yaradır. Sabah (cəmadiəs-sani ayının 20-si, Fatimə Zəhranın (ə) anadan olduğu gün) qadınlar günüdür. Elə bir qadın günüdür ki, iki aləm onunla fəxr edir və qızı (Zeynəb (ə)) zalım hökumətlər qarşısında durub, niqt söylədi. Elə bir adamın qarşısında durdu ki, əgər kişilər onun qarşısında nəfəs alsaydılar, hamısını öldürərdi. Lakin o qorxmayıb Yezidin hökumətini məhkum etdi və ona dedi: “Sən adam deyilsən”.
Qadın gərək belə bir məqama malik olsun.192
Qadın da kişilər kimi bütün sahələrdə hüquqa malikdir. Lakin həm kişiyə bə`zi şeylər haramdır (bə`zi fəsadların yaranmasına görə), həm də qadına. İslam istəyir ki, qadın kişinin əlində oyun-oyuncağa çevrilməsin.193
Yeddinci fəsil
Dostları ilə paylaş: |