b) QƏFİL ÖLÜM, İNSANIN QƏFLƏTDƏN OYANMASI ÜÇÜN MÜHÜM AMİLDİR
Heç kim nə qədər yaşayacağı və nə zaman öləcəyini bilmir. Quranın buyurduğu kimi:
«Heç kim sabah nə olacağını və əcəlinin harada yetişəcəyini də bilmir»1.
Allahın insana olan lütflərindən biri də insanın öz ölümünün nə zaman olacağını bilməməsidir. Əgər öz əcəlimizin vaxtını bilsəydik, daha çox qəflətə və qürura mübtəla olardıq. Əlbəttə, ruhi cəhətdən kamala çatmış insanlar fəqət Allah qarşısında müti olub, öz bəndəlik vəzifələrini icra etmək fikrində olduqları üçün ölüm vaxtının nə zaman yetişib-yetişməyəcəyi onları maraqlandırmır. Mümkündür, Allah onlara ölümlərinin nə zaman yetişəcəyini xəbər versin. Lakin bizim kimi adamların əcəlini qabaqcadan bilməsi səhlənkarlığa səbəb ola biləcəyi üçün Allah belə bir xəbəri bizlərə verməyi məsləhət bilmir. Bizim əcəlimizin nə vaxt yetişəcəyindən xəbərsiz olub, bu barədə nigaran qalmağımız Allahın hikmətindəndir. Çünki belə olan surətdə, biz ömrümüzdən daha yaxşı istifadə edə bilərik.
«Vəmən yəzrə`» xəyrən cümləsində dünya əkin yerinə bənzədilir. Ora nə səpsən, onu da biçəcəksən. Səpdiyin yaxşı əməldirsə biçdiyin yaxşı, pis əməldirsə məhsulun da pis olacaq. »
Dostları ilə paylaş: |