Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


ZİDDİYYƏTLİ HALLARIN EYNİ ZAMANDA BAŞ VERMƏSİ



Yüklə 1,68 Mb.
səhifə71/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   117

ZİDDİYYƏTLİ HALLARIN EYNİ ZAMANDA BAŞ VERMƏSİ


Əvvəlki mətləbləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, insanın ruhu kamilləşən zaman özündə ləzzət və qəm kimi müxtəlif əks hissləri eyni vaxtda daşıya bilər.

Bizim tutumumuz məhduddur və bir neçə halı öz kamal həddində özümüzdə cəmləyə bilmərik. Ona görə də, kədər və sevincin (ümumi) toplusu bizdə orta bir vəziyyəti icad edir. Lakin insan kamilləşəndə, özündə bir neçə mənşə və amilə nisbətdə iki və ya daha artıq təzadlı halları - özü də onların kamal həddində - yarada bilər.

Qorxu halı özünün xüsusi səbəbi ilə nəfsdə yaranır. Əgər amillər məcmusu birlikdə nəzərə alınsa, həmin amillərin təsir və əks-təsiri nəticəsində, nəfsdə yeni halların baş qaldırması mümkündür. Amma hər amilə onun xüsusi mənşə və qaynağı olaraq yanaşsaq, onun nəticəsi də, təkcə həmin hal olacaqdır. Məsələn, əgər qorxunun mənşəyinə diqqət edilərsə, nəfsdə də ancaq qorxu halı yaranacaqdır, əgər əmniyyət və təhlükəsizlik mənşəyinə nəzər yönələrsə, nəfsdə də ancaq təhlükəsizlik və xatircəmlik halı baş qaldıracaqdır.

Nəfslərini gücləndirib öz hal və ruhiyyələrində yenilməz olan insanlar, ilahi əzab və ya ilahi rəhmətdən məhrum qalmaq imkanı haqqında düşünəndə, gözləri yaşla dolur və həmin anda diqqətləri Allahın rəhmət və məğfirətinə yönəlir və onlarda sevinc və şadlıq halı baş qaldırır. Yəni onlarda qorxu və təhlükəsizliyin amillərini nəzərə alaraq, bu iki halı eyni vaxtda özlərində yarada bilmək imkanı vardır.

Deyilənləri nəzərə alsaq, Peyğəmbər (s) və imamların (ə) hansı hallara malik olduqlarını təqribi də olsa, təxmin etmək olar. Belə ki, güclü nəfs sahibləri olan o böyük şəxsiyyətlər, vahid anda bütün ilahi sifətləri özlərində təcəlli etdirə bilərlər; Allahın rəhmətinə üz tutduqları zaman onlarda sevinc və ümid hissi baş qaldırır. Başqa bir tərəfdən də, ilahi əzab və cəzanın ağırlığına diqqət yetirəndə, onlarda qorxu hissi baş qaldırır. Lakin bu halların cismani (fiziki) zühuru yönündə insan bədəni o iki halı kamil olaraq özündə təcəlli etdirə bilmədiyi üçün onlardan güclü olanı daha çox təcəlli tapıb zahir olur; əgər qorxu üstünlük tapırsa, göz yaşı süzülüb rəvan olur, yox əgər ümid və sevinc halı üstünlük qazanırsa, dodaqlarda təbəssüm yaranır. Əlbəttə, bu halların zühura yetməsi onların öz ixtiyarındadır.

Məsum imamlarımızın (ə) günah etmədikləri və bundan sonra da günah etməyəcəkləri və habelə Allahın cənnət və cəhənnəmi onların ixtiyarında qoyduğunu bildikləri halda, Allah əzabına diqqət yetirib özlərində ilahi xofu yaratmalarının səbəbi haqqında qısa da olsa, cavab verdik. İndi isə başqa bir cavaba keçirik.

İnsanda mövcud olan hal və bacarıqlar toplusu, Allaha bəndəçilik yolunda sərf edilməlidir. İnsanın vücudu maddi və mənəvi ünsürlərin qarışığı olub, özündə müxtəlif halları büruzə verir; onun mayasında (vücudunda) qorxu və acı da vardır, sevinc və ləzzət də. Allah insana bu halları Onun yolunda sərf etmək üçün vermişdir. Allah xatirinə gülüb-şadlanmalıdır, yəni onun şadlığı bir növ Allahla əlaqədar olmalıdır; özü ləzzət aldığı üçün deyil, Allahın lütfü ona şamil olduğu üçün şad olmalıdır.

Bəzi rəvayətlərdə göstərilir ki, cənnətdə şiələr Peyğəmbər (s) və Əhli-beytin qonağı olacaqlar və onların süfrəsindən yemək yeyəcəklər. Lakin məsumların behişt nemətlərindən aldıqları ləzzətlə bizim aldığımız ləzzət eynidirmi? Mübarək ayədə göstərilir:

«Quş ətləri və iştahalar çəkən hər bir şey (cənnətdə) onlar üçündür»1.

Görəsən, Peyğəmbərin (s) behişt quşlarının ətindən aldığı ləzzətlə bizim aldığımız ləzzət birdirmi? Əlbəttə, bu iki ləzzət arasında müqayisəolunmaz dərəcədə fərq vardır. Ləzzətin səbəbləri də fərqlidir. Peyğəmbər (s) ona görə ləzzət alır ki, Allahın nemətləri ilə mükafatlandırılmışdır. Hər halda ləzzət almağın dərəcələri insanın Allaha olan bağlılıq, eşq və mərifətinin ölçüsü ilə əlaqəlidir. Bu müqayisəni biz eyni ilə Peyğəmbər (s) və Əhli-beytin digər insanlarla müqayisədə Allahdan daşıdıqları qorxuları arasında da görə bilərik. Düzdür ki, onlar cəhənnəm atəşindən qorxurlar, lakin qorxuları ona görədir ki, cəhənnəmi Allahın qəzəbinin nişanəsi bilirlər. Əlamət olaraq bilirlər ki, məhbubları olan Allahın cəhənnəm və onun əhlinə məhəbbəti yoxdur. Allahın qəzəbi və fərağı onlar üçün dözülməzdir, bu səbəbdən də qorxu və nigarançılıq hissi keçirirlər.



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin