Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


ABİD VƏ GECƏNİ İBADƏTDƏ KEÇİRƏNLƏRİN MƏQAMI



Yüklə 1,68 Mb.
səhifə47/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   117

ABİD VƏ GECƏNİ İBADƏTDƏ KEÇİRƏNLƏRİN MƏQAMI


«Ey Əbuzər! Allah bir dəstə insanı behiştə daxil edər və onlara o qədər nemət verər ki, yorularlar. Lakin cənnətin yuxarı dərəcəsində qərar tutmuş başqa bir dəstəyə baxanda onları tanıyıb deyərlər: «Pərvərdigara! Bunlar bizim qardaşlarımızdır. Dünyada (onlarla) birlikdə yaşayırdıq. Onları niyə bizdən üstün dərəcədə yerləşdirmisən? Cavabında buyurular: «Heyhat, heyhat… Siz tox olduğunuz vaxt onlar aclıq çəkirdilər və sizlər sirab olduğunuz vaxt, onların susuzluğundan ciyəri yanırdı (oruc tuturdular). Sizlər yuxuda ikən, onlar ayaq üstə (namaza məşğul) idilər. Sizlər evlərinizdə istirahətdə olanda, onlar Allaha görə çölə tələsirdilər».

Bu cümlələrdə Həzrət (s) qiyamət səhnələrini ‒ insanın haramları tərk edib vacibləri yerinə yetirməklə, behiştə daxil olması səhnəsini təsvir edir. Onun üçün cəhənnəmdən danışmağın lüzumu yoxdur. Çünki o, artıq cəhənnəm təhlükəsindən qurtulub cənnətlik olmuşdur. Lakin cənnətin aşağı dərəcəsi ilə kifayətlənən bu şəxs, cənnətin ali dərəcələrinə nail olmaq üçün iri addımlar atmağa səy etməmişdir. İndi onun üçün bu səhnələr mücəssəm edilir və anladılır ki, doğrudur, sən vacibata əməl etməklə cənnətə yol tapmısan, lakin cənnətdə səndən də yuxarı məqamda olanlar var və səy et, sən də onların dərəcəsinə nail olasan. «Allah bir çox insanı cənnətə daxil edəcək və onlara saysız-hesabsız nemətlər əta edəcəkdir. Belə ki, bir müddət həmin nemətlərdən bəhrələnib ləzzət çəkməklə, başları qarışıq olacaq». Bunu söyləməklə Həzrət (s) bildirmək istəyir ki, nemətlərin çoxluğundan təngə gələrlər. Əlbəttə, bu el arasında deyilən təbirdir. Həqiqətdə isə, cənnətdə kimsə cana doymaz və yorulmaz. Allahın buyurduğu kimi:

«Cənnətdə bizə əzab-əziyyət yetişməz və heç vaxt yorğunluq və zəiflik bilməyəcəyik»1.

Deməli, bunu söyləməkdə Həzrətin (s) məqsədi budur ki, istədikləri qədər onlara nemət verərlər.

Həmin cənnət əhli baxıb, birdən öz dostlarını cənnətin ali məqamında görər və təəccüblə deyərlər: «Pərvərdigara! Bunlar ki, bizim dostlarımızdır. Biz ki, dünyada bir yerdəydik; bir sırada namaz qılardıq, bir səngərdə vuruşardıq. Necə oldu ki, onlara bizdən yuxarıda yer verdin? Onlara bizdən yüksək dərəcələr bəxş etdin?». Onlara cavab verilər: «Sizin onlarla fərqiniz çoxdur. Siz tox olanda, onlar ac, siz sirab olanda onlar susuz və siz halal nemətlərdən dadıb ləzzət apararkən, onlar oruc idilər. Hərçənd ki, siz günaha bulaşmamısınız, lakin onlar yayın istisində qarınlarını boş saxlayıb, yeyib-içməkdən gözlərini çəkərdilər. Siz öz vacib əməllərinizlə kifayətləndiniz və qalan vaxtınızı istirahətlə keçirdiniz. Lakin onlar yatmayıb Allahla dərdlərini bölüşər, ibadətə məşğul olardılar. Quranın buyurduğu kimi, onlar o kəslərdirlər ki, «Gecənin az bir hissəsini yatar və Allah dərgahından tövbə və bağışlanmaq diləyərlər»1.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin