Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


DOQQUZUNCU DƏRS NAMAZIN DƏYƏR VƏ ƏHƏMİYYƏTİ



Yüklə 1,68 Mb.
səhifə45/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   117

DOQQUZUNCU DƏRS

NAMAZIN DƏYƏR VƏ ƏHƏMİYYƏTİ

CƏNNƏT ƏHLİNİN DƏRƏCƏ FƏRQLƏRİ

1. Peyğəmbərin (s) bəzi nəsihətlərinin bölgüsü;

2. Abid və gecəni ibadətdə keçirənlərin məqamı;

3. Cənnətin dərəcələri və cənnət əhli arasındakı fərq;

4. Peyğəmbərin (s) namaza şiddətli bağlılığı;

5. Namaz xoşbəxtlik açarıdır;

6. İbadətin davamlılığının sirri, onun şirinliyinin dərkindədir.

PEYĞƏMBƏRİN (S) BƏZİ NƏSİHƏTLƏRİNİN BÖLGÜSÜ


Peyğəmbər (s) bura qədər təhlil edilən moizələri üç hissəyə bölür:

Birinci bölüm: Bu bölüm insanın qəflətdən oyanması barəsində idi. Çünki insan heyvani təbiətinə əsasən, dünyəvi fəaliyyətlərə, maddi istəklərinin təminatına daha çox meyl edir. Buna görə də, ilkin aid olduğu yeri və axirəti yaddan çıxarır.

Düzdür, bəziləri öz yaradılış səbəbi və hədəflərini dərk edirlər. Lakin insanların əksəriyyəti öz yaradılışlarının əsas hədəfindən xəbərsizdirlər. Nə üçün yaradıldıqlarını, sonda hara gedəcəklərini, hal-hazırda nə etməli olduqlarını bilmirlər. Buna görə də, onları ayıltmaq lazımdır. Peyğəmbərin (s) moizələrinin birinci hissəsi qəflət pərdəsini insanın gözü qarşısından götürməyə yönəlib, onu məsuliyyət daşımağa səsləyir və diqqətini ixtiyarında olan qiymətli sərvətlərdən bəhrələnməyə cəlb edir.



İkinci bölüm: Bu bölüm isə insanın öz yaradılış hədəfini anlayıb yolunu təyin etdikdən sonra atacağı ikinci addım, agahlıq əldə etmək üçün elm öyrənməsi barəsində idi. Bu cəhətinə görə də, ikinci bölümdə elm öyrənmək və alimlərin vəzifələrinə işarə edildi. Həmçinin, qeyd olundu ki, ən zəruri bilinən elm, yaradılış hədəfini və ona aparan yolları öyrədən elmdir və bu elm ilahi maarifdən ibarətdir.

Üçüncü bölüm: Bu bölümdə insanın öz elminə, vəzifələrinə əməl etməsinin lazımlı bir məsələ olması haqqında söhbət açıldı və əməllərin iki növ olmasına işarə edildi:

1. Vacib və müsbət fəaliyyətlər, yəni görülməsi lazım olan işlər.

2. Qadağan olunmuş fəaliyyətlər, yəni çəkinilməsi vacib olan haramlar işlər.

Bu bölümün vurğuladığı əsas mətləb günahın və onun doğurduğu acı nəticələrin dərk olunmasının əhəmiyyəti idi.

Bu üç bölümdən sonra Peyğəmbərin (s) moizə və nəsihətlərinin dördüncü bölümü barəsində bəhs edəcəyik.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin