Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR



Yüklə 1,68 Mb.
səhifə50/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   117

NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR


«Ey Əbuzər! İndi ki, namazda Cabbar padşahın evinin qapısını döyürsən, bil ki, hər kəs padşahın qapısını çox döysə, qapını onun üzünə açarlar».

Bu, insanı namaza təşviq edən daha bir bəyandır. Peyğəmbər (s) buyurur: «Namaz qılan adam Allahın qapısını döyür. Allahla işi olan kəs gərək Onun evinə getsin və namaz «insanın Allah evinə yollanması»dır». Ola bilməz ki, bir nəfər israrla bir şəxsin qapısını döysün, amma qapını onun üzünə açmasınlar. O ki, qalsın Allahın qapısını. Əgər Allahın sizə nəzər yetirməsini, icabət və rəhmət qapılarının üzünüzə açılmasını istəyirsinizsə, onda o qapını çox döyün və davamlı namaz qılın. Mümkündür, ilk vaxtlarda – birinci, ikinci dəfədə insanın bulaşdığı günahlar səbəbi və ya ilahi hikmət üzündən qapı açılmasın, lakin nəhayət, bu qapılar insanın üzünə açılır. Şübhəsiz ki, ilahinin rəhmət qapıları həmişə insanların üzünə açıqdır. Çünki insanları bir tərəfdən özünə tərəf dəvət edib, başqa bir tərəfdən öz rəhmət qapılarını onların üzünə bağlamaq olmaz. Allahın rəhmət qapıları ancaq ilahi ayələri dananın və təkəbbür sahiblərinin üzünə bağlıdır ki, əlbəttə, onların da özləri rəhmət qapılarını öz üzlərinə bağlamışlar:

«Göyün qapıları heç vaxt Allahın ayələrini dananın və təkəbbür üzündən ona boyun əyməyənlərin üzünə açılmaz»2.

Yeri gəlmişkən bunu da deyək ki, bəzi ayə və rəvayətlərdə «göylərin qapısı» və ya bu rəvayətin özündə insanın namaz halında Allahın qapısını döyməsi deyildikdə, mənəvi və metafizik məfhumlar bizim üçün anlaşılan olsun deyə, məqulu (ağıla sığan məfhumları) məhsus (beş hiss edilən üzvü vasitəsilə hiss olunan məfhumlar) vasitəsilə ifadə etmişlər. Həqiqətdə, bəndə ilə Allah arasında heç bir pərdə və maneə yoxdur. İnsanın pis əməlləri onun diqqətinin Allaha yönəlməsinə mane olur. İnsan günah etməklə, ilahi feyzdən məhrum olur. Allahın rəhmət qapısının açarı və pərdələri aradan qaldıracaq vasitə, ibadət və Allaha bəndəçilikdir. Namaz isə ibadətlərin ən üstünüdür. Peyğəmbər (s) hədisin davamında namaz qılan şəxsin əldə etdiyi bəhrə barəsində buyurur:

«Ey Əbuzər! İmanlı insan namaz qılmağa başladığı zaman Allah-təalanın rəhməti ərşə qədər onu əhatə etmiş olur. Onun üçün bir mələk təyin edilir və (həmin) mələk nida edib deyir: «Ey Adəm övladı, əgər namazdan sənə nəsib olanı və kiminlə söhbət etdiyini bilsəydin, heç vaxt namazını dayandırmazdın».

Mətndə verilən «tənasur» kəlməsi, ağacın yarpaqlarının və ya hər hansı bir şeyin topa halında yuxarıdan aşağıya tökülməsi mənasını daşıyır.

Peyğəmbər (s) buyurur: «Namaz qılan adam təpədən ərşə qədər ilahi rəhmətə bürünür». Təbiidir ki, bu məqam və mövqeni arzulayan şəxs namazını uzatmağa çalışar. Bundan əlavə, Allah bir mələyi məmur edir ki, daim namaz qılan şəxsi bu sözlərlə səsləsin: «Ey Adəm övladı! Əgər kiminlə dərdləşdiyini, kiminlə söhbətə oturduğunu bilsəydin, namazdan əl çəkməzdin və heç vaxt «yoruldum» deməzdin». Kimin qarşısında dayandığına və kiminlə rabitəyə girdiyinə diqqət yetir ki, bunun əhəmiyyətini dərk etməklə namazına da əhəmiyyət verəsən. Namazın sənə nə kimi mənfəət, fəzilət, savab bəxş etdiyini bilsəydin, namazdan əl çəkməzdin.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin