Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


İBADƏTİN DAVAMLILIĞININ SİRRİ, ONUN ŞİRİNLİYİNİN DƏRKİNDƏDİR



Yüklə 1,68 Mb.
səhifə51/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   117

İBADƏTİN DAVAMLILIĞININ SİRRİ, ONUN ŞİRİNLİYİNİN DƏRKİNDƏDİR


İbadətin davamlı olması üçün lazım olan mühüm şərtlərdən biri, insanın ondan ləzzət ala bilməsidir. İnsan hiss etməlidir ki, ibadətdən faydalanır. İnsan ləzzət ala bilmədiyi işdən tez bezir. İbadətin şirinliyi, insanın daha çox ona meyl salmasına səbəb olur, bu ləzzət və şirinlik, günahdan çəkinib onu tərk etməkdən başqa bir yolla hasil olmur. Günah ibadətin dadının insanın damağından getməsinə səbəb olur. Bəzi məsumların duasında oxuyuruq: «İlahi, öz ibadətinin şirinliyini bizə dadızdır».

Mümkündür, xəstə üçün ən ləziz bir yemək hazırlasınlar, lakin o, xəstəliyi üzündən bu ləzzəti dada bilməsin. Lakin sağlam və ac bir insan, hətta bir tikə quru çörəyi yeyəndə də, ləzzət alır. Deməli, mühüm olan budur ki, insanda ehtiyac və ibadətdən ləzzət almaq hissi dirçəlsin.

Əvvəlki cümlələrdə Peyğəmbərin (s) hədislərindən birinə işarə edildi ki, o həzrət buyurmuşdur: «Mənim namaza bağlılığım acın çörəyə, susuzun suya olan istəyindən daha çoxdur. Çünki onlar istəklərinə çatanda doyurlar, lakin mən namazdan doymuram».

İmam Sadiq (ə) Allah bəndəçiliyinə vurğun adamın damağında olan ibadətin şirinliyi ilə əlaqədar buyurur: «Əgər Allaha bəndəçiliyin şirinliyini dada, onun bərəkətini görə və onun nuru ilə qəlbini işıqlandıra bilsən, səni tikə-tikə doğrasalar belə, bir an da olsun ondan əl çəkməzsən»1.

Başqa bir rəvayətdə imam Sadiq (ə) buyurur: «İbadətin şirinliyini tələb etdim (soraqlaşdım, axtardım). nəhayət, onu günahın tərkində (günahdan çəkinməkdə) tapdım»2.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin