Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


CƏNNƏTDƏKİ RAHATLIQ DÜNYADAKI QORXUNUN BƏHRƏSİDİR



Yüklə 1,68 Mb.
səhifə66/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   117

CƏNNƏTDƏKİ RAHATLIQ DÜNYADAKI QORXUNUN BƏHRƏSİDİR


«Ey Əbuzər! Allah-təala buyurur: «Mən öz bəndəm üçün iki qorxunu və eləcə də, iki asayişi bir yerdə vermirəm. Əgər o bu dünyada Məndən amandadırsa, o biri dünyada onu qorxudacağam; əgər bu dünyada məndən qorxub, çəkinərsə, qiyamət günündə onu amanda saxlayacağam».

Əgər bəndənin bu dünyada ilahi əzabdan qorxusu olsa, qiyamət qorxusundan, ilahi əzabdan amanda olacaqdır. Allahdan qorxmaq, ilahi əzabdan qorxmaq mənasınadır ki, bəndə ilahi təkliflərini layiqincə yerinə yetirmədikdə və ya əyər-əskikliyi olduqda ona düçar olur.

Deməli, dünyada Allahdan qorxan kəsin qiyamət günündə heç bir nigarançılığı olmayacaq, xatircəmlik və tam təhlükəsizlik hissi keçirəcəkdir. Necə ki, Allah-təala buyurur:

«Allah dərgahından qorxan, allahpərəst olan və nəfsani istəklərdən uzaq olan hər kəsin yeri cənnətdir»1.

Cənnətin Allah nemətlərindən bəhrələnmək yeri olduğu və oranın əhlinin qəmsiz-qorxusuz ömür sürmələri barədə Allah-təala buyurur:

«Yaxşı əməl sahiblərinə (əməlləri müqabilində) mükafat olaraq daha yaxşısını verərik və (onlar) qiyamətin qorxu-hürküsündən amanda qalarlar»2.

Başqa bir yerdə isə belə buyurur:

«Allahın hökmünə təslim olub yaxşı işlər görənlərin əcri Allah yanındadır və onlar üçün nə qorxu olacaq, nə də qəm-qüssə»1.

Qəlbində Allah xofu olmayan, əksinə olaraq dünyada qürur hissi ilə yaşayıb heç bir nigarançılıq və iztirab keçirməyən adam, qiyamətdə xof içində olub, ilahi əzaba giriftar olacaq və həmişəlik olaraq həmin əzabı dadacaqdır.

Allahın məkrindən qorxub çəkinməməyin nəticəsi, günaha aludə olmaqdır. Çünki insan özünü hər işdə azad hiss edəndə və qorxu, məsuliyyət hissi daşımayanda günahdan da çəkinmir. Təbiidir ki, insanı günaha sürükləyən dünyadakı qürur hissinin olması, axirətdə ilahi əzab və təhlükələrlə nəticələnir. Bu barədə Allah-təala buyurur:

«(İlahi əzabdan çəkinməyib, qorxmayıb) tüğyan edən və dünya həyatına üstünlük verən adamın mənzili cəhənnəm olacaqdır»2.

Peyğəmbərin (s) bu bölümdə açıqlamaq istədiyi məsələ budur ki, insan müəyyən işlər görməklə, qəlbində Allah xofu hasil edə bilər. İnsan Allah qorxusunun məqsədəuyğun olmasını və səadətə yol açdığını dərk edəndən sonra belə bir sualla qarşılaşır ki, həmin qorxunu özündə necə əmələ gətirsin? Cavabında deyə bilərik ki, bir sıra müqəddimələrə zəmin yaratmaq və bəzi məsələlərə diqqət yetirməklə, bu hal insanda zühur edir. Hərdən insan bəzi şeyləri bilir, lakin bildiklərinə diqqət yetirmədiyi üçün onun etiqadı və elmi süst və solğun olur. Həmin şəxs qafilliyə qapılır, nəticədə həmin bilik və etiqad öz lazımı təsirini göstərə bilmir. Lakin insan, xofu vücuda gətirən amillərə diqqət yetirəndə və diqqətini həmin qorxuda mərkəzləşdirməyə səy edəndə, bu hiss onda artmağa başlayır və rəftarına təsir göstərir.

Başqa bir nöqtə budur ki, insan elə bir mərhələyə yetişə bilər ki, eyni zamanda iki əks hissi – qəmi və şadlığı özündə yaşada bilər. Zəif insanlar eyni zamanda həm şad və həm də qəmli ola bilmirlər. Bir anda ya hüznlü olurlar, ya da şad. Nəfs güclü və kamil olanda, mümkündür ki, vahid anda bir cəhətdən sevincli olsun, digər cəhətdən məhzun; get-gedə nəfsin və ruhun təkamülü nəticəsində elə bir mərhələyə çatsın ki, sevinc və qəmin müxtəlif növlərini özündə cəm etsin.

Bildiyimiz kimi övliyalar xof və sevincin müxtəlif növlərini özlərində cəm edə bilmişlər. Həmin məqama çatmış insanlar, vahid anda müxtəlif nəfsani hal və xüsusiyyətlərə malik olur və eyni zamanda fərqli halların təsirlərini özlərində zahir etdirə bilirlər.



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin