Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


AXİRƏT ÜÇÜN AĞLAMAĞIN TƏSİRİ



Yüklə 1,68 Mb.
səhifə91/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   117

AXİRƏT ÜÇÜN AĞLAMAĞIN TƏSİRİ


«Ey Əbuzər! Pərvərdigar mənə xəbər verdi ki, and olsun izzət və cəlalıma, abidlər ağlamağın savabının nə olduğunu bilməyəcəklər. (Axirət üçün) göz yaşı axıdan kəsə, behiştin ən yüksək mərtəbəsində qəsr ucaldaram və heç kimi (onun bu mükafatına) şərik qoşmaram».

İşarə edildiyi kimi, Peyğəmbərin (s) tövsiyə etdiyi ağlamaq, Allah xofu və ya Onun vüsalının şövqü ilə olan ağlamaqdır. Düzdür ki, bu iki növ ağlamaq Allaha diqqətin yönəlməsində və insanın oyanışında həyati rola malikdir, lakin Allah vüsalının şövqü ilə olan ağlamaq daha üstün və dərin mərifətlə yanaşı olduğu üçün hər kəs ona nail ola bilmir. Ancaq kiçik bir dəstə, o cümlədən məsumlar (ə) bu mərifətə çatırlar.

Övliyaların və məsumların Allaha aşiqliyi və vurğunluğu, həmçinin, aşiq üçün öz məşuqundan ayrı düşüb fəraqda olmaqdan daha artıq bir dərd olmadığını nəzərə alaraq, imamlardan (ə) gəlib çatan dualara diqqət yetirdikdə bizə daha aydın olur ki, onlar fərağın dərdindən necə nalə çəkir və məşuqlarının vüsalının şövqündən necə yanırmışlar.

Həzrət Əli (ə) və həmçinin imam Səccaddan (ə) gəlib çatmış duaların özü, Əhli-beytin (ə) Allah dərgahına olan sonsuz eşqlərinə bir nümunədir. Bu dualara diqqət yetirdikdə, məsumlarımızın sahili görünməz mərifət dəryalarının kiçik bir hövzəsi bizlərə də aydın olur. Bu elə bir mərifətdir ki, onun sayəsində pak imamlarımız bir an da olsa Allahı unudub qəflətə düşməmişlər. Allahı hər şeydən üstün, hər bir şeyi onun qüdrət əlində gördükləri üçün ancaq Ona aşiq idilər və daxillərində olan bu şeyda onların bütün rahatlıqlarını, qərarlarını, əllərindən almışdı. Onların dua və münacatları eşqlərin hansı zirvədə qanad çaldıqlarını açıq bəyan edir.

Əli (ə) Kumeyl duasında məhbubuna qovuşmaq üçün hansı şövqlə çırpındığını biruzə verir və bu sirrin üzərindən pərdə götürür. Onun fərağına səbir etməyi, Onun əzabına dözməkdən daha çətin görür və Allaha xitab edərək belə deyir: «Ey Allahım, Mövlam, Ağam! Deyək ki, Sənin əzabına səbir etdim, bəs fərağına necə dözəcəyəm?!».

Allahdan ayrı düşdüyü halda, hansı narahatlığı keçirəcəyinin bəyanının davamında deyir: «İzzət və cəlalına and olsun, ey Mövlam və Ağam! Əgər məni cəhənnəmə bu dilimlə (danışan halda) göndərsən, cəhənnəm əhli arasında nalə çəkib, fəryad qoparacağam, məhbubunu əlindən verənlər kimi sənin fərağının dərdindən ağlayıb, sızlayacağam».

İmam Səccad (ə) Əbu Həmzeyi Somalinin duasında buyurur: «Mən bu gün-sabah etməklə, uzun-uzadı arzulara qapılmaqla öz ömrümü hədər etdim. İndi elə yerə gəlib çatmışam ki, öz nəfsimi islah etməkdən tamamilə ümidimi üzmüşəm. Görəsən, məndən də bədbəxt, qarabəxt adam tapılarmı? Vay! Əgər mən bu halımla qəbrə yollanası olsam, neyləyəcəyəm? Qəbir evindən özümə heç bir şey hazırlamamışam, yaxşı, saleh əməllərimlə ora xalılar döşəmişəm. Niyə də ağlamayım?! Başıma nə gələcəyini bilmirəm, indi nəfsim məni aldadır, başımın üstündə məkr və hiylə küləkləri əsir, ölümün qanadları başımın üstə kölgə salmışdır».

Ağlamaq insan qəlbini rəzilət və əxlaqi küdurətlərdən təmizləməsinə görədir ki, Peyğəmbər (s) buyurur:

«Ağlamağa görə nəzərdə tutulan fəzilət və bəxşiş heç bir şey üçün nəzərdə tutulmayıbdır. Göz yaşı axıdanların çatdığı məqama başqaları, hətta ibadət etməklə belə çata bilmirlər».

Əbuzər ən zirək və uzaqgörən adam haqqında sual edir və Peyğəmbər (s) cavabında buyurur:

«Ən zirək adam o kəsdir ki, başqalarından daha öncə ölüm haqqında düşünsün və özünü hamıdan tez ölümə hazırlasın».

Yolunu müəyyənləşdirmiş insan zirək və gözüaçıq olarsa, həmişə diqqəti hədəfdə olacaqdır və səy edəcək ki, məqsədə daha tez çatsın. Tutduğu yolda hədəfindən qəflətə düşən şəxs, heyrətdə qalıb çaşqınlıq içində vurnuxacaq, məqsədə salamat çatmayacaqdır. Əsas məqsədin nə olduğunu bilən və dünyanın axirətə çatmaq üçün bir vasitə olduğunu dərk etmiş adamı maddi cazibələr aldada bilmir. Belə adam daim ölümü xatırlayır və özünü o gün üçün hazırlayır. Buna görə də, ölümü yetişdiyi zaman Allah dərgahına əlidolu gedir. Amma hədəflərini itirmiş insanlar axirətə azuqə toplaya bilmirlər və səfər ləvazimatı olmadan, uzun bir yola qədəm qoymaq olduqca qorxulu bir işdir.



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin