Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


ON İKİNCİ DƏRS HÜZN VƏ QORXUNUN ROLU VƏ ƏHƏMİYYƏTİ (2)



Yüklə 1,68 Mb.
səhifə64/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   117

ON İKİNCİ DƏRS

HÜZN VƏ QORXUNUN ROLU VƏ ƏHƏMİYYƏTİ (2)

1. Faydalı elm;

2. Cənnətdəki rahatlıq dünyadakı qorxunun bəhrəsidir;

3. Günahların bağışlanması Allahdan qorxmağın səmərəsidir;

4. Yaxşı əməllərə olan etimadın məzəmməti;

5. Hüzn və xofun mahiyyətinin araşdırılması və Allahdan qorxmağın mənası;

6. Ziddiyyətli halların eyni zamanda baş verməsi.

HÜZN VƏ XOFUN ROLU VƏ ƏHƏMİYYƏTİ (2)


Allah-təalanın bizə inayət etdiyi ən böyük nemət, İslam və Əhli-beytin (ə) vilayətidir. O pak sülalənin hidayət çırağı sayəsində və böyük alimlərimizin məşəqqətli zəhmətləri hesabına 14 əsr ərzində bizə böyük elm və mənəvi irs yetişmişdir. Bu böyük nemət qarşısında edə biləcəyimiz ən kiçik şükr, bu dəyərli irsi mütaliə edib araşdırmaq və ondan istifadə etməkdir.

Bizim cəhalət və xəbərsizlik zülmətindən mərifət və agahlıq nuruna üz tutmağımız Əhli-beytin vilayət çırağının sayəsində olmuş və yenə də olmaqdadır. «Camee ziyarəti»ndə oxuduğumuz kimi: «Sizin vilayətiniz və rəhbərliyiniz sayəsində, Allah-təala dinin həqiqətlərini bizə öyrətdi və bizim dünya işlərimizdəki çürük və pərişan olan hər bir şeyi islah etdi»1.

Peyğəmbərin (s) Əbuzərə verdiyi nurani nəsihətlər, onların hidayətlərinin aydın bir nümunəsidir və biz, dünya və axirət səadətinə nail ola bilməmiz üçün bu nəsihətlərdən bəhrələnməliyik. Çünki İslam və onun qanunları, insanın dünya və axirət səadəti və bütün maddi və mənəvi ehtiyaclarını təmin edə biləcək ən kamil nüsxədir.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin