Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


TƏQVALI OLMAQ, RİYA VƏ NİFAQDAN DÖNMƏK



Yüklə 1,68 Mb.
səhifə93/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   117

TƏQVALI OLMAQ, RİYA VƏ NİFAQDAN DÖNMƏK


Peyğəmbəri-əkrəm (s) Əbuzərə riyadan çəkinməyi tövsiyə edərək buyurur:

«Ey Əbuzər! Allahdan qorx! Sənə hörmət etsinlər deyə, insanlara özünü yalandan Allahdan qorxmuş kimi göstərmə. Üzdə təqvalı olub, ürəyində günah iş fikirləşənlərdən olma».

Riyanın həqiqəti budur ki, insan zahirdə, özünü batində olduğundan yaxşı göstərməyə çalışır. Üzdə göstərdiyi batində olduğunun əksinədir. Rəvayətlərdən riya istilahi olaraq gizli şirk mənasında qəbul edilir və riyakarı «müşrik» adlandırırlar.

Allahın insana mərhəmət qıldığı geniş rəhmətlərdən biri də, onların eyiblərini örtməsi və günahlarını gizli saxlamasıdır. Buna görə də, Allahın məşhur adlarından biri, «Səttarəl-uyub»dur (eyibləri örtən). Doğrudan da, əgər insanların pislikləri faş olsaydı və bir-birinin eyiblərindən xəbərdar olsaydılar, yaşamaq onlar üçün cansıxıcı olardı. Bu səbəbdən də eyiblərin örtülü saxlanılması, Allah tərəfindən böyük nemət sayılır və onun şükrü vacibdir. Əli (ə) buyurur: «Bir-birinizin gizli eyiblərini bilsəydiniz, heç biriniz digərini torpağa basdırmazdı».

Allah möminlərin günahı üzərinə pərdə çəkdiyi kimi, başqalarına da günahlarını faş etməyə icazə vermir. Allah nə özü möminin abrını aparır, nə də icazə verir özü öz abrını aparsın. Buna görə də, möminin öz günahını başqasına deməyə haqqı yoxdur. Rəvayətlərin birində göstərilir ki, Allah möminə özünü zəlil edib alçaltmasına icazə vermir. Təbii ki, günahdan böyük alçaqlıq ola bilməz. Bu səbəbdən də, mömin günaha batanda Allah onun üstünə pərdə çəkir və onun özünə də pərdəni qaldırmağa icazə vermir, ona tövbə etməyə fürsət verir.

Əlbəttə, bu ümumi bir qanun deyil, çünki hərdən Allah-təala öz hikmətinə əsaslanaraq, insanların tənbihi üçün onların bəzi günahlarını faş edir. Bəzi sirlərin üstünün açılması da, onların tərbiyəsi üçün bir vasitədir. Yəni insana nə qədər xəbərdarlıq olursa, onu öz pis əməllərinə görə nə qədər qorxudursansa, tənbih olunmur. Belə olan halda onu tərbiyə etməyin ən yaxşı yollarından biri budur ki, günahının qarşısı alınsın deyə, azacıq abrını aparasan. Əlbəttə, bu təkvini bir iş olub, Allaha və Onun tədbirinə aiddir. Tərbiyə etmək bəhanəsilə kimsənin abrını aparmağa Allahdan başqa heç kimin haqqı yoxdur.

Buna görə də, İslam nəzəri ilə kimsənin öz və ya başqasının abrını aparmağa ixtiyarı yoxdur. Özünün və başqalarının eyibini örtülü saxlamaq bütün möminlərin vəzifəsidir.

Bəzən günahı faş etmək, o günahı törətməkdən daha pisdir və adamın öz günahını ifşa etməsi fəsadı yaymağın bariz nümunələrindən hesab olunur:

«Möminlərin arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!»1.

Günahın ifşası kimi, riyakarlıq da alçaq və ləyaqətsiz bir işdir. Riyakarlıq odur ki, insan özünü həqiqətdə olduğundan yaxşı göstərməyə çalışır. Günah əhli olmasına baxmayaraq, özünü elə göstərir ki, guya insanların ən təqvalısı budur. Özünü Allah adamı, mömin kimi qələmə verməklə camaatın ona ehtiram gözü ilə baxmasını istəyir.

Şəddad bin Övs və İbadə bin Samit nəql edirlər ki, həzrət Peyğəmbər (s) bu ayənin -«…Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!»1 izahında buyurdu: «Özünü göstərmək və riyakarlıq xatirinə namaz qılıb, oruc tutan şəxs şirk etmişdir»2.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin