Kiyumərs İslami Ərdəbilin mədəniyyəti, toponimiyası və Savalan oronimi haqda


Kuman-qıpçaqlara aid balballar (Meşkinşəhr, e.ə. III-II minilliklər)



Yüklə 0,8 Mb.
səhifə3/4
tarix10.01.2022
ölçüsü0,8 Mb.
#108107
1   2   3   4
Kuman-qıpçaqlara aid balballar (Meşkinşəhr, e.ə. III-II minilliklər)

Mövzumuz baxımından “Savalan” adı da böyük maraq daşımaqdadır. Bir çoxları adı türkcədəki “sav” (söz, vəhy) və “alan” sözlərinin birləşməsi kimi gözdən keçirir və “vəhy alınan yer” kimi şərh edirlər. Belələrinin fikrincə, Zərdüşt öz vəhylərini bu dağda almışdır. Bu səbəbdən də dağ “Savalan” adlanmaqdadır. Lakin, Azərbaycanın zərdüştlüklə heç bir ilgisi olmayıb. Farslar arasında zərdüştlük yayğın olduğu çağlarda Azərbaycanda Tək Tanrıçılıq (Tenqriçilik // Tanrıçılıq) mövcud idi. Yuxarıdakı fikir həmən o saxtakarların fikridir ki, Ərdəbilin tarixin Sasanilərə bağlayırlar. Bu barədə B. Tuncay yazır:

Bu gün ölkəmizdə bir çoxlarında belə bir yanlış təsəvvür var ki, guya ulu babalarımız atəşpərəst olmuşlar. Zərdüştü azərbaycanlı sayanlar və hətta onun dininin guya qədim türk dini olduğunu iddia edənlər də var. Halbuki, atanın öz doğma qızı, ananın öz doğma oğlu, qardaşın öz doğma bacısı ilə evlənməsini təşviq edən və türklərə nifrət hissi aşılayan bu dinin nə türklərlə, nə də Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bunu iddia etmək həm uca türk millətinə, həm də doğma Azərbaycanımıza ən böyük iftira və təhqirdir.

Musa Kağankatlının yazdığına görə, fars – Sasani şahı Yəzdəgirdin  Albaniya və Ərməniyyədə zorla atəşpərəstliyi yaymağa çalışması bu ölkələrin əhalisi tərəfindən böyük təpgi ilə qarşılanmış və farslar niyyətlərinə çata bilməmişdilər. Eyni müəllifin yazdıqlarından belə məlum olur ki, massagetlər günəşə sitayiş edir, ona at qurbanı kəsirdilər. Antik müəlliflər isə albanların xristianlıqdan öncə göy cisimlərinə sitayiş etdiklərini qeyd etmişlər. Saklara gəlincə isə, Daranın Bisitun kitabəsindən bu türk xalqının zərdüştülərin baş tanrısı Ahura Məzdaya hörmət etmədikləri, yəni atəşpərəst olmadıqları açıq şəkildə bildirilməkdədir:


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin