2. Rezus uyğunsuzluq hansı halda yaranır.
3. Rezus uyğunsuzluq dölün vəziyyətinə necə təsir göstərir və hansı xəstəlik baş verir.
Ədəbiyyat: "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq" üzrə klinik protokol (Bakı 2013) və "Hamiləlikdə rezus-izoimmunizasiya" üzrə klinik protokol (Bakı 2014).
Klinik tapşırıq 2.
Qadın məsləhətxanasında 30 yaşlı hamilə qadın qan qrupu II (A), Rh (-) ilə risk qrupuna daxil edilmişdir. Həyat yoldaşında qan qrupu I (0), Rh (+). Axırıncı aybaşısı 05. 03. 2015 olub. Gəlişlərə uyğun bütün klinik müayinələr aparılıb. Hamilənin fərdi müşahidə kartına qeydlər edilib. Doğuşun güman edilən vaxtı 12. 12. 2015.
Ümumi vəziyyəti kafidir. Xroniki hipertenziyası var. A/T 130/90 mm.c.süt., 3-cü hamiləliyi 2-ci doğuşudur. 1-abort olub. Qarnı oval formadadir. Uşaqlıq dibinin hündürlüyü 38 sm, qarının çevrəsi 75 sm. Dölün ürək döyüntüsü eşidilir.
Suallar:
1. Dölün təxmini çəkisini hesablayın.
2 Rutin (antenatal) anti-D immunoprofilaktika hamiləliyin hansı həftələrində aparılmalıdır?
Dostları ilə paylaş: |