ҜҮНАҺШҮнаслыг


GÜNAHLARI TəMİZLəMəYİN YOLLARI



Yüklə 4,52 Mb.
səhifə22/24
tarix21.10.2017
ölçüsü4,52 Mb.
#8538
1   ...   16   17   18   19   20   21   22   23   24

GÜNAHLARI TəMİZLəMəYİN YOLLARI


Tövbə etdikdən sonra yaxşı işlərlə günahları təmizləmək üçün müxtəlif yolları var:

Yoxsullara maddi kömək göstərmək, Allah yolunda cihad etmək, oruc tutmaq, gecələr ibadət etmək və... bu kimi işlərlə günahları təmizləmək olar. Amma yaxşı olar ki, hər günahı onun ziddi olan bir işlə təmizləyək. Misal üçün: Hicabsızlığın günahını iffətli olmaqla, qeybətin günahını dili nəzarətdə saxlamaqla (yə’ni hər kəs öz dilinə saxlamalıdır), zülmkarlığın günahını məzlumlara kömək edib, yoxsulların əlindən tutmaqla təmizləmək lazımdır. Həmçinin naməhrəm qadınlara baxmağın günahını Qur’ana nəzər etməklə, ilahi alimlərin, ata və ananın üzünə tamaşa etməklə silmək olar. Bu mətləbin izahında hədislərin bə’zisindən istifadə edirik. İmam Sadiq (ə) buyurur:



كَفّارَةٌ عَمَلِ السُّلْطانِ قَضاءُ حَوائِجِ الاِْخْوانِ

«Zalım hakim (tövbə etdikdən sonra) öz (dini) qardaşlarının ehtiyaclarını ödəməklə günahlarını təmizləyə bilər».114

GÜNAHIN TəMİZLəNMəSİ HAQQINDA BİR NEÇə HEKAYə


1. Əbu Lübabə Peyğəmbərin (s) səhabələrindən idi. Onun qabaqcadan yəhudilərin Bəni-qüreyzə qəbiləsi ilə qohumluğu var idi. Yəhudilərin Peyğəmbərin (s) qarşısında müqavimət göstərmələrindən sonra, O Həzrət yəhudi qəbilələrini islam dininin mərkəzi olan Mədinə şəhərindən sürgün etməyi və onların başçılarını qətlə yetirməyi qərara aldı. Bəni-qüreyzə qəbiləsi bu vaxt bir qalada mühasirədə idilər. Ovs qəbiləsindən bə’zi şəxslər Peyğəmbərin (s) hüzuruna gəlib yəhudilərin bağışlanmasını xahiş etdilər. Peyğəmbər (s) onlara buyurdu:

Razısınızmı ki, yəhudilərin haqqında qəzavət (mühakimə) etməyi sizin qəbilənizdən bir nəfərə tapşırım?

Ovs tayfasından gələnlər bu suala müsbət cavab verdilər. Peyğəmbər (s) Sə’d ibn Məazı bu iş üçün tə’yin etdi. Lakin Bəni-qüreyzə qəbiləsi Sə’din bu işə tə’yin olunmasına razı olmadılar. Onlar Əbu Lübabəni onlarla müzakirə etməyə tə’yin olunmasını tələb etdilər. Peyğəmbər (s) Əbu Lübabəni onlarla müzakirə etməyə göndərdi. Onlar Əbu Lübabənin ətrafına toplaşıb özlərinin yazıq və zəif olmalarını izhar etdilər. Onlar həmçinin Əbu Lübabədən soruşdular ki, Sə’d ibn Məazın bizim haqqımızda hakim olmasına razı olaq, ya yox?

Əbu Lübabə dedi: Eybi yoxdur. Lakin əli ilə boynuna işarə etdi. Yə’ni Sə’d sizin hakiminiz olsa boynunuz vurulacaq. Bununla da o müsəlmanların hərbi sirlərindən birini düşmənlər üçün faş etdi. Amma tez öz günahını başa düşdü və bildi ki, Peyğəmbərə (s) və müsəlmanlara xəyanət edib. O biri tərəfdən “Ənfal» surəsinin 2728-ci ayələri Allaha və Onun Peyğəmbərinə (s) xəyanət etməyi qadağan etmişdir. Əbu Lübabə o qədər narahat və xəcalətli idi ki, daha Peyğəmbərin (s) hüzuruna qayıtmadı. O, birbaşa məscidə getdi və özünü məscidin sütunlarından birinə bağladı. Əbu Lübabə 10 gün orada qaldı. O, Allaha dua edir və günahının bağışlanmasını istəyirdi. Bu vaxt «Tövbə» surəsinin 102-ci ayəsi nazil oldu və onun tövbəsinin qəbul olunmasını e’lan etdi.

Maraqlı budur ki, Əbu Lübabə öz günahını yumaq üçün Peyğəmbərə (s) ərz etdi: Tövbənin qəbul olunmasının şükrünü yerinə yetirmək üçün bütün var-dövlətimi Allah yolunda paylamaq istəyirəm.

Peyğəmbər (s) buyurdu: Varının hamısını paylamağa icazə vermirəm.

«O ərz etdi: Onda üçdə iki hissəsini.

Peyğəmbər (s) buyurdu: O da çoxdur.

O, ərz etdi: Onda icazə ver, malımın üçdə bir hissəsini yoxsullara paylayım.

Peyğəmbər (s) qəbul etdi. Əbu Lübabə varının üçdə birini Allah yolunda payladı.115



2. İki qardaş birlikdə Həcc əməllərini yerinə yetirmək üçün Məkkə şəhərinə tərəf yola düşdülər. Onlardan birinin adı Yə’qub idi. Səfər zamanı bu iki qardaşın arasında inciklik yarandı. Onlar dava etdikdən sonra küsərək bir-birindən ayrıldılar və bununla də böyük bir günah etmiş oldular. Bu səfərdən sonra Yə’qub Mədinə şəhərinə gəlib İmam Musa Kazimin (ə) hüzuruna çatdı. İmam (ə) ona buyurdu:

«Sən filan yerdə qardaşınla dava etdin. Bir-birinizə nalayiq sözlər dediniz. Bu cür hərəkətlər mənim və ata-babalarımın dini ilə ziddir. Allahdan qorx! Bunu bil ki, bir-birinizlə dava edib ayrıldığınıza görə tezliklə ölüm sizi bir-birinizdən ayıracaq. Qardaşın bu səfərdən vətənə qayıtmazdan əvvəl dünyasını dəyişəcək. Sən isə peşman olacaqsan».

Tutduğu işdən çox nigaran olan Yə’qub İmama ərz etdi: Bəs mənim aqibətim necə olacaq?

İmam Kazim (ə) buyurdu:


اَمّا اِنَّ اَجَلَكَ قَدْ حَضَرَ حَتّى وَصَلْتَ عَمَّتَكَ بِما وَصَلْتَها بِهِ فِي مَنْزِلِ كَذا وَكَذا فَزِيدَ فِي اَجَلِكَ عِشْرُونَ

«Sənin də ömrün sona çatmışdı. Lakin yarı yolda filan yerdə yaşayan bibinin yanına getdin və onu özündən razı saldın. Buna görə sənin ömrün 20 il artdı».

İmamın dediyi kimi də oldu: Yə’qubun qardaşı o səfərdə dünyasını dəyişdi, özü isə o hadisədən sonra 20 il yaşadı.116

Deməli, Yə’qub bibisini yoxlamaqla əvvəlki günahını bir növ bağışlatdırdı.



3. «Nəkə» tayfasının böyüklərindən bir nəfər İmam Baqirin (ə) hüzuruna gəldi və ərz etdi:

Mən Həccacın (Əbdül Məlikin tərəfindən Kufədə hakim olan zülmkar şəxs) zamanından indiyə qədər, (əməvi xəlifələrinin tərəfindən) hökmdar olmuşam. Mən tövbə edə bilərəmmi?»

İmam sükut etdi. O, sualını təkrar etdi. İmam buyurdu:

لا حَتّى تُؤَدِّيَ اِلى كُلّ ذِي حَقٍّ حَقَّهُ

«Təkcə o vaxt tövbən qəbuldur ki, haqlarını yediyin şəxslərin hamısının haqqını özlərinə qaytarasan».

4. Əbu Xədicə deyir ki, İmam Sadiq (ə) buyurdu:

Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəldi və dedi: Cahiliyyət dövranında (yə’ni islamdan qabaqkı dövrdə) bir qızım oldu. Onu saxladım. O daha həddi-buluğa çatmışdı. Bir gün təzə paltarlarını ona geyindirib, bir quyunun kənarına apardım. Sonra onu quyuya atdım. Ondan eşitdiyim axırıncı söz bu idi: Atacan!) İndi isə peşman olmuşam. Sizdən istəyirəm ki, buyurasınız, mən bu günahımı hansı işlə yuya bilərəm?

Peyğəmbər (s) buyurdu: Anan varmı?

O dedi: Xeyr.

Peyğəmbər (s) buyurdu: Xalan necə, varmı?

O dedi: Bəli.

O Həzrət buyurdu:
فَاَبْرِزْها فَاِنَّها بِمَنْزِلَةِ الاُْمِّ يُكَفِّرْ عَنْكَ ما صَنَعْتَ

«Onda xalana yaxşılıq et! Çünki o da ana kimidir. Ona yaxşılıq etsən, günahın yuyulacaq».

Əbu Xədicə deyir: Mən İmam Sadiqdən (ə) soruşdum ki, bu hadisə nə vaxt baş vermişdir?

İmam buyurdu: «Bu hadisə cahiliyyət dövründə baş vermişdi. Çünki o dövrdə qızları başqa qəbiləyə əsir düşüb uşaq dünyaya gətirməsin deyə, öldürürdülər».117



5. Əli ibn Yəqtin, Harun Ər-Rəşidin vəziri və İmamlarımızın dostlarından idi. O, Harunun vəziri olmaq üçün gizlində İmam Kazimdən icazə almışdı ki, bu işlə müsəlmanlara xidmət etsin. Bir gün İbrahim adlı bir dəvə otaran ehtiyac üzündən Əli ibn Yəqtinin yanına gedir. Amma Əli ibn Yəqtinin vəzirlik məqamı İbrahimin istəyinin yerinə yetirmək, Hətta İbrahimə onun hüzuruna gəlmək icazəsini də vermir. Bu hadisədən bir neçə vaxt sonra Əli ibn Yəqtin həcc səfərinə gedir. O, bu səfərdə İmam Kazimi (ə) ziyarət etmək üçün Mədinə şəhərinə dönür. Lakin İmam onu qəbuluna buraxmır. O, çox çalışsa da İmamı ziyarət etməyə müvəffəq olmur. Axırda İmam evdən kənarda onunla görüşür. Əli İmamdan bu soyuqluğun səbəbini soruşur. İmam Kazim (ə) ona buyurur: Nə üçün filan gün İbrahimə e’tinasızlıq edib onu qəbuluna buraxmadın? Sənin bu günahına görə bu ilki həccin Allah dərgahında qəbul olunmayacaq. Ancaq onu özündən razı etsən, Həccin qəbul ola bilər.

Əli ibn Yəqtin bu sözü eşitdikdən sonra birbaşa Kufə şəhərinə qayıdıb İbrahimin evinə gedir. İbrahimi gördükdən sonra onun qarşısında üzünü torpağa qoyur və ondan xahiş edir ki, ayaqlarını onun üzü üstə qoysun. Bununla da o, İbrahimi özündən razı salır və Mədinə şəhərinə İmam Kazimin (ə) hüzuruna qayıdır. İmam onu hüzuruna qəbul edərək günahını təmizləmək üçün etdiyi bu işə görə ona təşəkkür edir. Əli ibn Yəqtin də günahının bağışlanmasından şad olur.118



6. Qeys ibn Qasim öz qəbiləsinin böyüklərindən idi. O, cahiliyyət dövründə on iki qızını diri-diri torpağa basdırmışdı. On üçüncü qızını isə həyat yoldaşı bir müddət ondan gizli saxlamışdı, lakin Qeys ibn Qasim bundan xəbər tutan kimi onu da diri-diri basdırdı.

O, İslam dinini qəbul edib müsəlman oldu. Bu vaxt keçmiş işlərindən peşman olmuş halda Peyğəmbərin (s) hüzuruna gəldi və əhvalatı danışdı. Bu vaxt Peyğəmbərin (s) gözləri yaşla doldu və ağlamağa başladı. O Həzrət Qeysə buyurdu: «Ey Qeys! Səni çox pis günlər gözləyir. Başqasına rəhm etməyən şəxsə, Allah da rəhm etməyəcək» Qeys ərz etdi: «Bəs mən hansı işlə bu günahımı yüngülləşdirə bilərəm?»

Peyğəmbər (s) buyurdu:

اَعْتِقُ عَنْ كُلِّ مَوْئُودَة نَسَمَةً

«(Günahlarını yüngülləşdirmək istəyirsənsə) Basdırdığın hər qızın əvəzində bir qul azad et!».119


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin