«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və
yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında»
Konvensiyaya (CITES) və həmin Konvensiyanın
iştirakçı dövlətlərinin «Nərə balıqlarının
qorunmasına dair» Qətnaməsinə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası 1973-cü il martın 3-də Vaşinqton şəhərində imzalanmış «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin 1997-ci il iyunun 9-20-də Harare şəhərində keçirilən 10-cu konfransında qəbul olunmuş «Nərə balıqlarının qorunmasına dair» 10.12 nömrəli Qətnaməsinə qoşulsun.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 23 iyun 1998-ci il.
№ 507-IQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir
(28 avqust 1998-ci il, № 197)
Dostları ilə paylaş: |