1-ci sxem . Maliyyə Sisteminin Təsviri
Bazar iqtisadiyyatı inkişaf etdikcə, iqtisadi münasibətlər artdıqca maliyyə sistemi daha geniş sahələri əhatə edir. Maliyyə sistemi müxtəlif maliyyə halqalarından ibarətdir, hansı ki, maliyyə münasibətlərinin əhatə dairəsindən formalaşır. Bu sırada fərqli dairələrin büdcələri, şəxsi, sosial, əmlak sığorta fondları, dövlətin valyuta ehtiyatları, idarə, müəssisə, təşkilatların, həmçinin digər kommersiya və qeyri-kommersiya qurumlarının pul fondları və s. gedir. Bu səbəbdən maliyyə sisteminə tərif verən zaman qeyd edilir ki, bu sistem dövlətin və təsərrüfat fəaliyyəti ilə məşğul olanların pul fondlarının formalaşması, bölgüsü və istifadə olunması ilə əlaqədar tətbiq edilən forma və metodlardan formalaşan sistemidir.2
Azərbaycan respublikası maliyyəsi- Maliyyə bölgü münasibətlərinin əsasıdır və bölgü fərqli təsərrüfat subyektlərində qarşılıqlı şəkildə reallaşır. Pul vəsaitlərinin formalaşması və istifadə olunması baxımından maliyyə sistemi 2 yerə ayrılır:
Müəssisələrin və təşkilatların, yəni, təsərrüfat subyektlərinin maliyyəsi.
Dövlətin maliyyəsi mərkəzləşdirilmiş maliyyədir, müəssisə və təşkilatların maliyyəsi isə qeyri-mərkəzləşdirilmiş maliyyəyə aiddir.
Bu bölmələr də özləri müxtəlif həlqələrdən ibarətdir. Kredit-bank sistemi də maliyyə sisteminin tərkib hissəsidir.
Birinci bölmə, yəni, dövlət maliyyəsi ölkə iqtisadiyyatını və maliyyə-bölgü əlaqələrini makro səviyyədə tənzimləmək üçün istifadə olunur. Müəssisələrin və təşkilatların maliyyəsi isə ölkə iqtisadiyyatını və digər əlaqəli sahələri mikro səviyyədə tənzimləmək və inkişaf etdirməkdən ötrü istifadə edilir.
Ölkənin bank-kredit sistemi ölkənin mərkəzi bankından, kommersiya banklarından, həmçinin, digər kredit təşkilatlarından ibarətdir. Maliyyə sisteminə həmçinin maliyyə fəaliyyətini yerinə yetirən və tənzimləyən maliyyə institutları da aiddir.
Aşağıdakı sxemdə ölkəmizin maliyyə sistemi həlqələri əks olunub:
Dostları ilə paylaş: |