Kommersiya banklarinda daxiLİ audiTİn təŞKİLİ Tələbə: Emin Hüseynzadə Elmi rəhbər: Hafis Hacıyev unec sabah iyun 2019 MÜNDƏRİcat


-ci sxem. Azərbaycanın Maliyyə Sistemi



Yüklə 0,5 Mb.
səhifə6/24
tarix10.01.2022
ölçüsü0,5 Mb.
#108166
1   2   3   4   5   6   7   8   9   ...   24
2-ci sxem. Azərbaycanın Maliyyə Sistemi

Həlqələr arasındakı əsas fərq onların maliyyə sistemindəki rolunu müəyyən edir.


Dövlət Büdcəsi

Günümüzdə Azərbaycan Respublikasının büdcəsi 3 hissədən ibarətdir: Respublika büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən.

Dövlət büdcəsi dövlətin hakimiyyəti və özünü idarəetmə orqanlarının öz öhdəliyində olan vəzifələri və funksiyaları reallaşdırmaq üçün vacib olan əsas vasitədir.
Büdcədənkənar Fondlar

Büdcədənkənar məqsədli dövlət fondları dövlət maliyyəsinin ikinci həlqəsidir. Büdcədənkənar dövlət fondları hüquqi aktlara əsasən dövlətə məxsusdur, amma büdcə sisteminə daxil deyil.

Xarakterinə görə büdcədənkənar fondlar sosial və istehsal xarakterlidirlər. Qeyd olunan fondların əsas məqsədi əhaliyə sosial xidmətin göstərilməsi və verilən bu xidmətin artırılması, az inkişaf etmiş infrastruktur sahələrin inkişafının sürətləndirilməsi, iqtisadiyyatın vacib sahələrinin əlavə vəsaitlə təmin olunması və s-dir. Bazar iqtisadiyyatı şəraitində büdcədənkənar fondların bir-neçə növü formalaşmışdır: pensiya, sosial sığorta, məcburi tibbi sığorta fondları.

Bu fondlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nəzdində “Baş Dövlət Xəzinadarlığında” cəmlənmişdir. Buna əsas səbəb fondlara nəzarət və tənzimləmədir.


Dövlət Krediti

Xərcləri maliyyələşdirməkdən ötrü dövlət tərəfindən əhali, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb olunmasının əsasında kredit münasibətlərini əhatə edir.

Bu hal, büdcədən maliyyələşmə tükəndikdə, kommersiya banklarından kreditlərin cəlb olunması qeyri-mümkün olduqda baş verir.

Dövlət krediti dövlət istiqrazları, həmçinin, digər qiymətli kağızların yerləşdirilməsi ilə cəlb edilir. Büdcə kəsrini ödəmək üçün dövlət xarici dövlətlərdən kredit aldıqda dövlət krediti dövlətin xarici borcu olur.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin