Kommersiya bankları
Kommersiya Bankı fiziki şəxslərə, müəssisə və təşkilatlara müxtəlif növ xidmətlər təklif edən bir maliyyə qurumu kimi təsvir oluna bilər. Bununla yanaşı, müştərilərədən depozitlərin qəbulu, kreditlər və avanslar verilməsi və s. kimi maliyyə xidmətləri də kommersiya bankının fəaliyyəti sırasına daxildir. Kommersiya bankları əmanətçilərə aşağı faiz dərəcəsi verən və borcalanlara daha yuxarı faiz dərəcəsiylə xidmətlər təqdim edən bir şirkətdir və bu yolla kommersiya bankı mənfəət əldə edir.
Kommersiya bankının funksiyalarından bəziləri:
1. Depozitlərin qəbul edilməsi: Kommersiya bankının əsas funksiyalarından biridir, ümumi mənfəətə malik olan və onlardan faiz qazanmaq üçün depozit qoymağa hazır olan şəxslərin depozitlərinin qəbul edilməsindən ibarətdir. Bu zaman bank müəyyən faizlə depozitləri qəbul edir və başqa faizlə bu depozitləri kredit dövriyyəsinə buraxır.
2. Kredit verilməsi: Kommersiya bankının növbəti vacib funksiyası fərdlərə və şirkətlərə kredit verməkdir. Banklar müştərilərə müddətli kreditlər, nağd kredit, overdraft və veksellərin diskontlaşdırılması şəklində kreditlər verir.
3. Agentlik xidmətləri: Kommersiya bankı müştərilərin agenti rolunda da çıxış edə bilir və müxtəlif xidmətlər göstərir. Bu xidmətlərə misal kimi göstərmək olar: Kirayə, faiz və dividend toplanması və ödənilməsi; Çek və hesabların toplanması və ödənilməsi; Qiymətli kağızların alqısı və satqısı; Sığorta ödənişlərinin və abunə haqqının ödənilməsi.
4. Pul vəsaitlərinin köçürülməsi: Banklar kredit alətləri vasitəsi ilə bir nəfərdən başqa bir nəfərə və ya bir yerdən digər bir yerə pul köçürmələrinə kömək edir.
Dostları ilə paylaş: |