FƏSİL 1: AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ-KREDİT TƏŞKİLATLARINDA MALİYYƏ NƏZARƏTİ VƏ AUDİTİN MÜASİR SƏVİYYƏSİNİN TƏHLİLİ.
Ölkənin müasir maliyyə-kredit sisteminin təhlili. Kredit təşkilatlarının fəaliyyətinə kənar nəzarət.
Maliyyə sistemi müəyyən zaman ərzində pul dövriyyəsi və dövriyyədəki pulun həcminin müəyyən olunması, pul vəsaitlərinin fərqli funksiyalı, mahiyyətli fondlara cəlbi və istifadə olunmasının idarə edilməsi prosesidir1. Maliyyə sisteminin bu formada açıqlanması maliyyə sisteminin ümumilikdə əmtəə axınını tamamlayan, mübadiləsini sadələşdirən pul hərəkəti olmasını təyin edir . Maliyyə pul mənbələrinin ümumi həcmidir hansı ki milli bankın , hökümətin monetar və fiskal siyasətinin yardımı ilə formalaşır.
Maliyyə sistemi iearxik formaya malikdir. “Sistem” qarşılıqlı ələqədə olan müxtəlif alt sistemlərin birləşməsidir. Həmçinin maliyyə sistemi də fərqli alt sistemlərdən təşkil olunmuşdur. Maliyyə sferası ayrı-ayrı pul fondlarından, pul vəsaitinin fərqli istiqamətlər üzrə axınından, pul vəsaitlərinin ayrı-ayrı layihələr üçün istifadəsindən və s. ibarətdir. Eyni zamanda, göstərilən bu proseslər bir-birinə bağlı, yəni qarşılıqlı şəkildə əlaqəlidir. Məsələn, uçot dərəcəsinin artırılması dövriyyədə olan pulun həcmini azaldır əksinə olduqda isə yəni uçot dərəcələri aşağı salınanda pulun həcmi artır.
Maliyyə sistemi də öz növbəsində alt sistemlərdən təşkil olunmuşdur – ev təsərrüfatının maliyyəsi, dövlət maliyyəsi, müəssisi maliyyəsi və beynəlxalq maliyyə.
Dostları ilə paylaş: |