Dövlət Sığorta Fondları
Sığorta fondları dövlət maliyyəsinin həlqələrindən biridir. Təbii fəlakətlər, həmçinin, bədbəxt hadisələr zamanı yaranmış zərərlərin ödənilməsinin təmini və onların qarşısının alınmasından ötrü tədbirlərin aparılmasına kömək edir.
Bazar iqtisadiyyatı zamanı müəssisələr fəaliyyətlərini kommersiya əsasında qururlar, bu zaman yaranan xərclər müəssisə gəlirləri hesabına qarşılanır, müəssisənin inkişafının və fəaliyyət göstərməsinin əsas mənbəyi isə mənfəət hesab olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsaslanaraq hüquqi şəxslərin iki yerə ayrıldığını deyə bilərik: Kommersiya təşkilatları və qeyri-kommersiya təşkilatları.
Beləliklə, müəssisələrin və təşkilatların maliyyəsinə maliyyə sistemindən olan aşağıdakı həlqələr daxildir:
Fəaliyyətini kommersiya əsasında quran müəssisələrin maliyyəsi;
Fəaliyyətini qeyri-kommersiya əsasında quran müəssisələrin maliyyəsi;
Dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi;
İctimai təşkilatların (birliklərin) maliyyəsi;
Dostları ilə paylaş: |