Dövlət və Bələdiyyə Müəssisələri
Müəssisə - mülkiyyət formasından asılı olmadan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq yaradılan və ictimai, sosial tələbatların ödənilməsi, eyni zamanda, mənfəət əldə etmək üçün məhsul və xidmət istehsal edən, həmçinin, satan, müxtəlif işlər görən hüquqi şəxs statuslu müstəqil təsərrüfat subyektidir.
Dövlət müəssisələri dövlət mülkiyyəti əsasında yaradılır və öz fəaliyyətlərini kommersiya əsasında aparırırlar.
Kommersiya Təşkilatları
Kommersiya təşkilatları müxtəlif formada yaradıla bilər: səhmdar cəmiyyəti, məhdud və əlavə məsuliyyətli cəmiyyətlər. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı müxtəlif sayda səhmlərdən ibarətdir. Səhmdarlar cəmiyyətin öhdəlikləri üçün tam cavabdeh deyildirlər və yaranmış itkilər üçün yalnız onların mənsub olduğu səhmlərin dəyərində risklər daşıyırlar.
Səhmdar cəmiyyəti iki formada: açıq və ya qapalı ola bilər. Açıq səhmdar cəmiyyəti illik hesabatları maraqlı şəxslərin tanış olmasından ötrü hər il dərc etməlidir.
Dostları ilə paylaş: |