Hesablaşma riski: əks tərəfdən gözlənilən ödənilməmiş məbləğlərdir ki, burada dəyər artıq bank tərəfindən əks tərəfə göndərilmişdir. Məsələn, hesablaşma riski xarici valyuta əməliyyatları ilə və ya qiymətli kağızların sərbəst təchiz edilməsı zamanı yarana bilər. Spot xarici valyuta əməliyyatları baş verdiyi halda, bu riskin saat qurşağındakı fərqlər, valyutanın ödənilməsi və onun benefisiarının hesabına göndərilməsi zamanı yaranan vaxt fərqlərinə görə meydana çıxması ehtimal edilir. Likvidlik riski, bankın aktivlərində olan artımı maliyyələşdirə bilməməsi və öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirə bilməməsi riskidir.Banklara təsir göstərə biləcək üç növ likvidlik riski vardır:
1. Qısamüddətli nağd vəsaitlərə olan tələbləri yerinə yetirmək üçün kifayət qədər pul və qiymətli kağızları saxlaya bilməməsi;
2. Əlavə maliyyələşdirmənin əldə edə bilməməsi;
3. Bazar mövqeyini bağlaya və ya ləğv edə bilməməsi. Gələcək maliyyələşdirmə tələblərini müəyyənləşdirmək məqsədi ilə Risklərin İdarə Edilməsi Departamenti hər bir valyuta üzrə proqnozlaşdırılan nağd vəsaitlərin axınını qiymətləndirməli və nəzarət altında saxlamalıdır. Bazar və ya bazar likvidliyinin itirilməsindən yaranan likvidlik ehtiyaclarını ödəmək üçün yaradılan alternativ strategiyalar bankın gözlənilməyən hallar üzrə likvidliyin planlaşdırılması prosesinə daxil edilməlidir. Bankın fəaliyyət göstərdiyi bazarlardakı likvidlik riskləri müntəzəm olaraq qiymətləndirlməlidir.
Banklar daimi olaraq problemli kreditlərə nəzarət etməlidirlər
Problemli kreditlərərə gündəlik nəzarət xüsusi proqram təminatı və
hesabatlıq ilə həyata keçirilir. Proqram və hesabatlıq problemli kreditlərdə dəyişmə tendensiyalarını müvafiq göstəricilər üzrə əks etdirir.
Problemli kreditlərlə iş şöbəsi aylıq əsasda görülmüş işlərlə bağlı hesabatlar hazırlayır və Kredit Komitəsinə təqdim edir. Problemli kreditlərin müzakirəsi Kredit Komitəsində həyata keçirilir.
Bank daxilində problemli kreditlərə nəzarət üç pillədən ibarətdir:
Xidmət qurumu tərəfindən nəzarət – Müştəri ilə əlaqələr qurmaqla
ödənişlərin vaxtında icra olunmasını tənzimləyir. Müştəri öhdəliklərini müəyyən
müddət ərzində yerinə yetirməkdən imtina etdikdə mövcud müştəri ilə bağlı sənədlər
və məlumatlar Problemli kreditlərlə iş şöbəsinə ötürülür.
Problemli kreditlərlə iş şöbəsi - Problemli kreditlərin yığımı həyata
keçirilir. Problemli kreditlərin yığımı mümkün olmadıqda məhkəmə prosedurları
üçün müvafiq sənədlər toplanılır və Hüquq Departamentinə təqdim olunur.
Hüquq departamenti – Bankın maraqlarını məhkəmədə təmsil edir və
qanunvericiliyə uyğun olaraq kreditin tam qaytarılması üçün bütün prosedurları
həyata keçirir.
Tədqiqat işində irəli sürülən təkliflər aşağıdakılardır :
1.kredit riskinin qiymətləndirilməsi üçün bir sıra təkliflər verilmişdir ;
2. banklarda risklərin idarə olunması üzrə müəyyən edilmiş qayda və
prosedurların təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir ;
3. Banklarda risklərin idarə edilməsi prosesindən cavabdeh olan müvafiq
şöbələrində əməkdaşların bilik və bacarığının artırılması ilə bağlı müxtəlif
təlim və treyninqlərin keçilməsi
Dostları ilə paylaş: |