Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri


İnternetin yaranması və inkişafı tarixi



Yüklə 174,82 Kb.
səhifə12/53
tarix01.01.2022
ölçüsü174,82 Kb.
#103047
1   ...   8   9   10   11   12   13   14   15   ...   53
İnternetin yaranması və inkişafı tarixi
İnternetin yaranma tarixi 60-cı illərin axırlarına təsadüf edir. O vaxt Amerikanın müdafiə nazirliyi istifadə etdiyi kompüterlər arasında informasiya mübadiləsi məqsədi ilə şəbəkə yaratdı. Bu şəbəkə ARPANET adlandı və eksperemental xarakter daşıyırdı. Şəbəkənin yaranmasında əsas məqsəd soyuq müharibə illərində müharibə olacağı təqdirdə informasiya mübadiləsini saxlamaq idi. Eksperement çox uğurlu alındı və 1986-cı ildə bütün ölkənin ərazisində kompüterləri birləşdirən şəbəkə meydana gəlir. Bu şəbəkə kompüterləri 5 superkompüter mərkəzi ilə birləşdirdi. Hal hazırda isə İnternet dünyanın əksər ölkəsində 400 milyondın artıq kompüteri bir-birinə birləşdirir. İnternet qlobal şəbəkələr şəbəkəsidir və o minlərlə dövlət, korporativ, universitet və s. şəbəkələri birləşdirir.

İnternetin özəyini bütün dünyada bir-biri ilə birləşdirilmiş 1 neçə milyon kompüter təşkil edir. Bu kompüterlər daim bir-biri ilə birləşmiş şəkildə olur. Bu kompüterlərə Server Provayderlər deyilir.Hər bir server provayder bir neçə istifadəçi kompüterdən tutmuş bir neçə milyona qədər kompüteri İnternetə qoşa bilər. Ona görə də İnternet şəbəkəsinə Dünya Hörümçək Toru da deyilir.

İnternet heç bir idarəedici orqan olmadan fəaliyyət göstərir.

İnternet yaranandan bəri onun tərəfindən təklif olunan xidmətlər artar. Əgər əvvəllər ancaq elektron poçtu istifadə olunurdusa, indi onlar müxtəlifdir. Hazırda İnternet tərəfindən təklif olunan xidmətlər bunlardır:




  1. Dünya hörümçək toru –WWW(World Wide).- Ən çox yayılmış xibmətdir. WWW - texnologiyası 1992-ci ildə yaradılmışdır. WWW-də informasiya Web saytlarda Web səhifələr şəklində saxlanılır. Web səhifələr HTML-formatında yaradılmış fayllardan ibarətdir. Çoxlu Web səhifələrdən ibarət qovşağa Web sayt deyilir. WWW-də bütün mışhur telekanalların, qəzetlərin Web saytları mövcuddur.

  2. Elektron poçtu (E-mail). –İnternetdə istifadə olunan birinci xidmətdir. Burada məlumat mübadiləsi haddən artıq yüksəkdir və məsafədən asılı deyil.

  3. İnformasiya axtarışı.- İnternetdə xüsusi Serverlər ayrı-ayrı qovşaqlarda saxlanılan fayllar haqqında informasiyanı saxlayır. Fayl axtarış proqramları vasitəsilə bu serverlərə müraciət edərək lazım olan faylları tapmaq olar.

  4. İnternetdə ünsiyyət (Chat) – Eyni vaxtda çoxlu sayda istifadəçilərə klaviaturada mətn yazmaq üsulu ilə ünsiyyət yaratmağa imkan verir.

  5. Telekonferensiya – Bu xidmət İnternetdə diskussiya aparmağa imkan verir. Burada bütün məlumatlar konkret istifadəçiyə deyil, xüsusi xəbərlər qrupundə yerləşdirilir.

  6. FTP (Fayl Transfer Protokol)-Faylların ötürülməsi protokolu.- İnternetdə ümumi istifadə üçün nəzərdə tutulan informasiyanı saxlayan FTP- serverlər mövcuddur. İstifadəçi FTP-proqramları vasitəsi ilə FTP-server ilə fayllar sübadiləsi aparmaq mümkündür.



Yüklə 174,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin