Veb-agentlər. Serverlərin axtarışını təmin edir. Həmin serverlərdən lazım olan sənədləri seçərək emal sisteminə ötürür.
Emal sistemi. Sintaksis çeşidləmədən və standart operatorlardan istifadə etməklə alınan sənədləri indeksasiya edir.
Axtarış aparan sistemlər. Xidmət sistemindən sorğunu qəbul edərək emal edir, sorğuya görə indeks fayllarında axtarış aparır, topladığı keçid ünvanlarının siyahısını hazırlayır.
Xidmət sistemi. Kliyentdən axtarış sorğusunu qəbul edir, uyğun şəkildə dəyişdirir və indeks faylları ilə işləyən axtarış sisteminə göndərir, əldə olunan nəticəni kliyentə qaytarır.
Veb-agentlər və axtarış aparan sistemlər bir-birlərindən asılı olmayaraq işləyirlər. Veb-agentlər göndərilən sorğulardan asılı olmayaraq daima işləyirlər. Onların əsas vəzifəsi yeni informasiya serverləri haqqında məlumatları verilənlər bazasına ötürməkdir.
İstifadəçi göndərdiyi sorğu nəticəsində həyata keçirilən əməliyyatları vizual olaraq görmür. O, yalnız gətirilən keçidlərin siyahısını əldə edir. Bu siyahıda olur:
Açar sözlər (indeks) tapılmış mətndən kiçik bir nümunə.
Bir çox saytlar axtarış sistemlərinin onları tanıması üçün SEO texnologiyasından (Search Engines Optimization, axtarış maşını ilə optimallaşma) istifadə edilir. Bu texnologiya əsasında axtarış sistemi həmin saytın ünvanını kliyentə təqdim etdiyi siyahının əvvəlinə əlavə edir.