Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri


Локал компцтер шябякяляринин типляри



Yüklə 174,82 Kb.
səhifə3/53
tarix01.01.2022
ölçüsü174,82 Kb.
#103047
1   2   3   4   5   6   7   8   9   ...   53
Локал компцтер шябякяляринин типляри

Lokal Kompüter şəbəkələri funksiyalarına görə birsəviyyəli və Server əsasında qurulan şəbəkələrə böiünür. Bu şəbəkələr müxtəlif imkanlara malik olduğu üçün onların arasında prinsipial fərq vardır. Şəbəkə qurularkən hansının seçilməsi bir çox faktorlardan asılıdır:



  • Müəssisənin ölçüsündən;

  • İnformasiya təhlükəsizliyinin səviyyəsindən;

  • Biznesin növündən;

  • Şəbəkə istifadəçilərinin təlabatından;

  • Maliyyə imkanlarından;

Birsəviyyəli şəbəkələrdə bütün kompüterlər eyni hüquqludur. Onların hər biri həm istifadəçi həm də serverdirlər. Belə şəbəkələr kifayət qədər sadədirlər. Birsəviyyəli şəbəkələrin müsbət cəhətləri:




  • Kompüterlər eyni hüquqludur;

  • İstifadəçilər kompakt yerləşir;

  • İstifadəçilərin sayı 10- dan çox olmur;

  • Sadə kabel birləşməsindən istifadə olunur;

  • Proqram təminatı bütün kompüterlərdə eynidir;

Birsəviyyəli şəbəkələrin çatışmayan cəhətləri:




  • Şəbəkə Administratorunun olmaması;

  • Şəbəkədə informasiyanın kifayət qədər qorunmaması;

  • Belə şəbəkələrdə istifadəçilər şəbəkədən istifadə etmək üçün yüksək biliyə malik olmalıdır;

Server əsasında qırulan şəbəkələrdə bir kompüter digər kompüterlərə nisbətən dəha çox üstünlüyə malik olur. Bu komputerin həm texniki , həm də proqram təminatı digərlərdən üstün olur. Bu ayrılmış kompüter SERVER, digərləri isə istifadəçilər adlanır. Bu şəbəkə növündə:




  • Kompüterlərdən biri proqram təminatı və texniki cəhətdən digərlərindən fərqlənir;

  • İstifadəçilər kompakt yerləşməyə bilər;

  • İstifadəçilərin sayı 10-dan çox ola bilər;

  • İstifadəçi kompüterlər proqram və texniki cəhətdən sadə olur;

  • Şəbəkə administrator tərəfindən idarə olunur;

Verilənlərin yüksək sürətlə emal edilməsini, informasiyanın mühafizəliyini təmin edən etibarlı sistemin olması Server əsasında quruulan şəbəkənin üstünlükləridir. Çatışmayan cəhəti isə baha başa gəlməsidir. Ayrılmış serverli şəbəkələrdə serverləri təyinatına görə fayl serveri, çap serveri, poçt serveri və digər serverlərə bölmək olar.

Server əsasında qurulan şəbəkələr də öz növbəsində 2 yerə bölünür:



  1. Bir ayrılmış serverli şəbəkə

  2. Bir neçə ayrılmış serverli şəbəkə

Lokal şəbəkə böyük sahəni əhatə etdikdə və ya çoxsaylı abonentləri olduqda belə şəbəkəni öz serveri olan daha kiçik şəbəkələrə bölmək məqsədəuyğundur. Bu zaman şəbəkənin məhsuldarlığı və etibarlığı artır. Şəbəkələrdən birində zədələnmə olduqda qalanların iş qabiliyyətinə mane olmur.

Çoxserverli lokal şəbəkələrdə bir neçə server və işçi qrupu oldubu üçün mürəkkəb konfiqurasiyaya malikdir. Bu cür şəbəkə serverlər qrupu ilə idarə olunur. Onun tərkibinə təyinatından asılı olaraq aşağıdakılar daxildir:



  • resursların paylaşdırılmasına, informasiyanın saxlanılmasına və təhlükəsizliyə cavabdeh olan baş Server.

  • Ehtiyat Serveri;

  • İnternet serveri;

  • Şəbəkə Administratorunun iş yeri;

  • Müdafiə serveri;

  • Telefon danışıqlarının hesabatını aparan trafik kompüteri;

  • Konsentratorlar və kommutatorlar;

Kompüter şəbəkələrinin arxitekturası ilə bağlı əsas komponentlər və texnologiyalar sırasına proqram təminatı da daxildir. O, özündə şəbəkə əməliyyat sistemini və şəbəkəni idarə proqram təminatını birləşdirir.

Şəbəkə əməliyyat sistemi (NOS – Netvork Operating Sistem) şəbəkəyə qoşulan hər kompüterə tətbiq edilən proqram təminatıdır. O, şəbəkə resurslarına müraciəti əlaqələndirir və idarə edir. Şəbəkə əməliyyat sistemi fayllarla işi təmin edir. NOS-un əsas hissəsi şəbəkənin serverində yerləşir, qalan komponentləri bütün işçi stansiyalarda fəaliyyət göstərir. Şəbəkə əməliyyat sistemləri şəbəkədən keçən informasiyanı qoruyur. Administrator müəyyən resursların istifadəsinə parollar qoya bilər, səlahiyyətsiz istifadəçilərin qanunsuz daxil olmaq cəhdlərini qeydə və qarşısını ala bilər.

Şəbəkəni idarə proqram təminatı şəbəkənin qorunmasında, idarəsində və monitorinqində yüksək rol oynayır. Şəbəkənin dayanmasına və onda zəif yerlərin əmələ gəlməsinə yol verməmək kimi nəzarəti təmin edir.

KOMMUNİKASİYA VASİTƏLƏRİ

Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz daşıma vasitələri, yaxud transmissiya vasitələri [transmission media] lazım olur.




Yüklə 174,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin