Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri



Yüklə 174,82 Kb.
səhifə6/53
tarix01.01.2022
ölçüsü174,82 Kb.
#103047
1   2   3   4   5   6   7   8   9   ...   53
Genişləndirilmiş interfeys baza interfeysinin genişlənmişvariantı olub, əlavə olaraq burada 30 informasiya kanalı ayrılır. Bu informasiya kanallarında telefon nömrələri heç də kanala birdəfəlik bağlanmır. Yüsək sürətlə verilənləri ötürmək üçün “invers multipleksləşdirmə” kimi xüsusi proqramdan istifadə edilir. Bu halda bir neçə informasiya kanalından eyni zamanda istifadə etmək mümkün olur. Kanalın buraxma qabiliyyətini artırmaq üçün peyk rabitəkanallarından istifadə olunur. Bu məqsədlə kliyent kiçik ölçülü parabolik peyk antenasına malik olmalıdır. Belə şəbəkəyə yenə dəəvvəldə olduğu kimi, telefon kanalı ilə sorğu göndərilir, informasiya isəpeyk rabitə kanalı ilə qəbul edilir. Belə rabitə kanalında hər bir istifadəçi göndərdiyi sorğuya nəzərən, daha çox informasiya almaq imkanına malik olur. Təbii olaraq, belə hallarda, siqnalın qəbul olunma sürəti şəbəkəyə verilən sorğunun sürətindən qat-qat çox olmalıdır. Bundan əlavə, belə kanallarda verilənlərin ötürülmə etibarlılığı da artır. Fərdi kompüterlərin meydana gəlməsi qlobal şəbəkələrə böyük təsir göstərərək, onların kəmiyyət və keyfiyyət cəhətcə yaxınlaşmasına səbəb olmuşdur.Bu artımın çox hissəsini isə istifadəçidə olan kompüter və modemlər təşkil etmişdir. Bütün qlobal şəbəkələr bir-birilə əlaqədardırlar, lakin onlardan bəziləri adi rabitə vasitələri kimi teleqraf, telefaks, teleks, adi poçt xidmətləri də göstərə bilirlər. Bunun üçün şəbəkəni xüsusi qovşağı olur ki, onlar elektron poçtu ilə məktub və digər materialları qəbul edir vəsonra onları faksla lazımi telefon nömrəsinə göndərirlər. Belə şəbəkə ilə həmçinin adi məktub və teleqramları da göndərmək mümkündür. Belə halda elektron poçtu ilə şəbəkənin xüsusi qovşağına mətn göndərilir. Orada o aydınlaşdırılır, zərfin daxilinəqoyulur və adi poçtla məktubu alacaq şəxsə göndərilir.Şəbəkənin bu cür böyük imkanları lokal və qlobal şəbəkələrarasında olan prinsipial fərqi aradan qaldırır. Şəbəkələrin belə sürətləinkişaf etməsi telekommunikasiya şəbəkə və vasitələrin geniş inkişafı nəticəsində mümkün olmuşdur.

Müasir qlobal kompüter şəbəkələri mövcud olan rabitəvasitələrinin üstün xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların böyük sürətlə və etbarlılıqla ötürülməsini təmin edir.




Yüklə 174,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin