Sistem -12 tipli EATS-in texniki xarakteristikası
Sistem-12 tipli stansiyalar paylanmış idarəetməyə malik rəqəm sistelmi ATS-dir. Sistem-12 tipli ATS-lər müxtəlif tutumlu telefon stansiyası kimi istifadə edilə bilər. Bu sistem ATS-də qovşaq və kombinə olunmuş şəhər tipli eləcədə tranzit qurxuya malikdir. Sistem-12-nin müxtəlif şəbəkədə müvəffəqiyyətlə istifadə olunmasına imkan yaradır.
S-12 tipli telefon stansiyaları kommutasiya , analoq və rəqəm tipli abunəçi xətlərinin birləşdirilməsi üçün nəzərdə tutulmuşdur. S-12 stansiyaları paket kommutasiyaları və geniş zolaqlı şəbəkələrlə asanlıqla uzlaşır və proqram təminatında cüzi dəyişiklik edilməklə asanlıqla simsiz və mobil stansiya tiplərinə çevrilir. S-12 tipli stansiyada bütün əməliyyatlar proqram vasitəsilə idarə edilir və informasiyanın paylanması mikroprosessorun köməyi ilə həyata keçirilir.
Sistem -12 tipli ATS-lər əsasən rəqəmli kommutasiya sahəsindən və bir sıra terminal modullardan təşkil olunur. Hər bir terminal modulu terminal kommutasiyasından və terminal idarəedicidən ibarətdir. Rəqəm kommutasiya sahəsinin əsas vəzifəsi abunəçi xətti və birləşdirici xətləri bir-birilə əlaqələndirməkdən ibarətdir.Hər bir terminal idarəetmə elementləri proqram ilə təyin edilir.
S-12 tipli stansiyanın funksional sxemi şəkildə verilmişdir. S-12-nin rəqəmli kommutasiya sahəsi qoşulma bloklarından (q.b) və qrup kommutasiya blokundan (q.k.b) təşkil edilmişdir. Stansiyanın idarə olunma funksiyası ayrı-ayrı idarəetmə elementlərin vasitəsilə həyata keçirir.Bu idarəetmə elementləri ayrıca bir qurğu kimi sərbəst və ya terminal komplektinin tərkibində fəaliyyət göstərə bilər.
Sistem -12 abunəçiləri 48 və ya 60 volt gərginliklə qidalana bilər . Bundan əlavə ATS-də kiçik gərginlikli sabit cərəyan istifadə edilir.
Sistem -12 tipli EATS-in aşağıda göstərilən xidmətləri vardır:
Nömrələrin ixtisarla yığılması
Çağırışın başqa ünvana göndərilməsi
Konfrans rabitənin yaradılması
Abunəçinin özünün çağırılması
Nömrə yığmadan rabitə yaratmaq
Çağıran abunəçinin nömrəsinin təyin olunması
Çağrışın gözləməsi və başqa ünvana göndərilməsi və.s.
KOMPUTER ŞƏBƏKƏLƏRİ
«Telekommunikasiya» yunan və latın sözbirləşməsi olub tele – «uzaq», kommunikasiya – «əlaqə» mənasındadır. Telekommunikasiya dedikdə müxtəlif məsafələrdə yerləşən obyektlər arasında əlaqə nəzərdə tutulur. Bu əlaqələri gerçəkləşdirən sistemlər telekommunikasiya sistemləri adlanır.
Telekommunikasiya sistemlərinin bir növü kompüter şəbəkələridir. Kompüter şəbəkələri 2 və ya daha artıq kompüterin müvafiq kommunikasiya vasitələri ilə birləşdirilməsindən əmələ gəlir. Kompüter şəbəkələri verilənlər, proqram və apparat resurslarından birgə istifadə, informasiyanın gtürülməsinin idarə edilməsi kimi əsas funksiyaları yerinə yetirir.
Kompyuter şəbəkəsi, öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompyuterlər qrupudur. Daha geniş anlamda bu, radio, yaxud televiziya şəbəkəsinə oxşayır. Ancaq teleşəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə şəbəkə vericişəbəkəadlanır); komputer şəbəkələrində isə hər bir məlumat, adətən, ünvanlı, yənimüəyyən bir komputerə yönəldilir. Televiziya şəbəkələrindən fərqli olaraq komputerşəbəkələri həmişə ikiistiqamətlidir: A komputeri B komputerinə məlumat göndərirsə,B komputeri də A komputerinə cavab göndərə bilər.
Kompüterlərin şəbəkə vasitəsilə birləşdirilməsinin əsas səbəbləri aşağıdakılardır:
- Resursların bölüşdürülməsi. Resursların bölüşdürülməsi onlardan qənaətlə istifadəyə imkan yaradır. Məsələn, çap qurğularındanş ümumi informasiya daşıyıcılarından, modemlərdən, işçi stansiyalardan və s;
- Tətbiqi proqramların bölüşdürülməsi. proqram vasitələrinin bğlüşdürülməsi əvvəlcədən mərkəzləşdirilmiş proqram vasitələrindən, şəbəkə proqramlarından, eyni zamanda bir neçə istifadəçi tərəfindən istifadəyə imkan verir ki, bu da çoxistifadəçi rejimini yaradır;
- Prosessorun resurslarının bölüşdürülməsi. Prosessorun imkanlarının bölüşdürülməsi zamanı xüsusi layihələndirilərək şəbəkə tərkibinə daxil edilmiş başqa sistemlər tərəfindən prosessorun hesablama gücündən və tətbiqi proqramlardan verilənlərin emalı üçün istifadə etmək mümkündür;
- Telekommunikasiya. Müəssisədə lokal şəbəkələrdən istifadə olunması yalnız işçi stansiyalar arasında hansısa qeydlərin, yazıların, sənədlərin və s. ötürülməsi deyil, real vaxt rejimində videokonfransların və yığıncaqların, diskussiyaların keçirilməsinə də imkan verir.
Bu funksiyaların köməyi ilə şəbəkənin iştirakçıları bir ümumi printerdən, skanerdən, ayrılmış bir kompüterin sərt diskinin resurslarından və şəbəkəyə qoşulmuş digər qurğulardan birgə istifadə edə bilərlər. Kompüter şəbəkələri Lokal, regional və qlobal şəbəkələrə bölünürlər.
Lokal kompüter şəbəkələri (LAN – Lokal Area Network) yaxın məsafədə yerləşən istifadəçilərin kompüterləri arasında sürətli informasiya mübadiləsini təmin edir. Lokal şəbəkələr həm kiçik bir ofisi, həm də bir neçə hektar sahəsi olan böyük bir müəssisəni əhatə edə bilər. Onun köməyi ilə verilənlərin uzaqdan daxil edilməsi, ümumi resurslardan birgə istifadə edilməsi, faylların gtürülməsi, məsələlərin məsafədən daxil edilməsi və həlli, elektron roçtu, paylanmış sistemlərin yaradılması və s. kimi funksiyaların yerinə yetirilməsi mümkündür. Lokal şəbəkələrdə verilənlər əlaqə xəttləri ilə 10 km məsafəyə qədər ötürülə bilər.
Regional şəbəkələr uzaq məsafədə yerləşmiş binaların, idarələrin, müəssisələrin və digər təşkilatların kompüterləri arasında qurulur və şəhər, rayon və ya qəsəbə hüdudları daxilində olur.
Qlobal kompüter şəbəkələri (WAN – Wide Area Network) həm lokal, həm də digər telekommunikasiya şəbəkələrini və qurğularını gzündə birləşdirir və ölkələri, qitələri, bütün dünyanı əhatə edir. Bəzən müxtəlif texniki, proqram və informasiya prinsipləri əsasında qurulmuş şəbəkələrin birləşməsinə Korporativ şəbəkələr də deyilir.
Lokal şəbəkələr əsasən peşəkar fəaliyyətinə görə işi bu şəbəkə ilə bağlı məhdud istifadəçi dairəsinə xidmət edir. Lokal şəbəkə daxilində çalışan əməkdaşlar işçi qrupu adlanır. Bir lokal şəbəkə çərçivəsində bir neçə işçi qrupu fəaliyyət göstərə bilər. İşçi qrupunun iştirakçılarında şəbəkənin resurslarından istifadə etmək hüququ müxtəlif ola bilər. İstifadə hüququnun iştirakçılara verilməsi və ya məhdudiyyəti qaydaları şəbəkə siyasəti adlanır. Şəbəkə siyasəti dedikdə şəbəkənin idarə edilməsi başa düşülür. Şəbəkə iştirakçılarının işinin təşkilini idarə edən şəxs şəbəkə Administratoru adlanır.
Lokal şəbəkələr aşağıdakı parametrlərlə xarakterizə olunur:
şəbəkənin əhatə dairəsi – lokal şəbəkənin əhatə etdiyi sahənin glçüləri olub verilənləri nəql edən mühitin ümumi uzunluqlarının xəmi ilə ifadə edilir;
ötürmə sürəti – vahid vaxt ərzində ötürülən informasiya vahidlərinin sayı;
gecikdirmə vaxtı – informasiya gtürülməsinə sifariş ilə onun qəbul edilməsinə başlanması arasındakı vaxt;
etibarlıq – imtinaların başvermə ehtimalı və onların bərpası ilə təyin edilən kəmiyyət;
inkişaf imkanı – şəbəkəyə heç bir dəyişiklik etmədən, maneəsiz əlavə abonentlərin qoşulması;
qiyməti – şəbəkənin texniki və proqram təminatının ümumi dəyəri;
Lokal şəbəkələrin qurulması zamanı müxtəlif əlaqə kanallarından istifadə edilir. Ən çox burulmuş xütlük, koaksial və optik lifli kabellərdən istifadə edilir. Kabel seçilməsində aşağıdakı göstəricilər nəzərə alınır:
montaj və xidmətetmənin dəyəri;
informasiyanın gtürülməsinin sürəti;
informasiya gtürülən məsafənin uzunluğuna məhdudiyyət;
informasiyanın gtürülməsinin təhlükəssizliyi;
Dostları ilə paylaş: |